''Lotu Quli'' ilə ''Çeçen Əziz'' qarşı-qarşıya - O, telefon zənginə kobud cavab verib ki...

''Lotu Quli'' ilə ''Çeçen Əziz'' qarşı-qarşıya - O, telefon zənginə kobud cavab verib ki...
Загрузка...
Rusiyanın hüquq-mühafizə orqanı əməkdaşları Quli və Əziz klanları arasında Moskvada təsir sahəsinin yenidən bölüşdürülməsi cəhdinin qarşısını aldılar...
Çeçenlər Nadir Səlifov üçün "rezerv olunmuş” üç paytaxt bazarını nəzarət altına almağa cəhd ediblər. Yeni il ərəfəsində hüquq-mühafizə orqanı əməkdaşları Moskvada "qanuni oğrular” Nadir Səlifov (Quli) və Əziz Batukayev (Əziz) qruplaşmaları arasında təsir sahələrinin geniş şəkildə yenidən bölüşdürülməsinin qarşısını aldılar.
Əziz Quliyə böyük MCQ lideri olan Zaur Əliyev tərəfindən "irsən keçmiş” üç paytaxt bazarına iddiasını irəli sürdü. Bəzi mənbələrdən verilən məlumata görə Quli öz maraqlarını qorumaq üçün yeddi yüz döyüşçünü ayağa qaldırdı, çeçenlər isə daha dar çərçivədə görüşməyi təklif etdilər.
Nəticədə bu ''oxu'' polislər aşkarladı. Bu cür uğursuzluqdan sonra Əziz öz oğru titulunu qorumalı olacaq – Quliyə qarşı o çox aqressiv davrandı. Beləliklə, dekabr ayının ortalarında çeçenlər özləri bu üç bazarı öz şeflərinə yönləndirməyə cəhd etdilər və obyektlərin Quli klanına aid olduğunu nəzərə almadılar.
Quli isə Əzizə zəng vurub, o isə çox kobud formada Quliyə cavab verib ki, bazarlara olan iddiasından imtina etməyəcək. Quli isə bunun nəticəsinin pis olacağını hiss edib.
Əzizin oğru tituluna gəldikdə isə, onun "tacqoyma” tarixçəsi sual altında idi, indi isə Quli ilə uğursuz münaqişədən sonra onun titulu daha da şübhə altına alınıb. "Prestupnaya Rosiyya” yazdığına görə, Nadir Səlifov özü də Moskvada Rövşən Lənkəranskinin yaxınının "Fud Siti” bazarına nəzarət etmək üçün iddiasını irəli sürüb. Hüquq-mühafizə orqanı əməkdaşlarının bildirdiyinə görə, paytaxtda böyük topdan satış ərzaq sahəsi üstündə mübarizə aktiv plana keçib. 

Загрузка...
Загрузка...

Xəbər lenti