lham Əliyev: 'Bu, xalqın şüurlu seçimidir'

lham Əliyev: 'Bu, xalqın şüurlu seçimidir'
Загрузка...
«Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim». Bunu hazırkı dövlət başçısı İlham Əliyev aprelin 12-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunmuş şənlikdə söyləyib. Xəbəri AZƏRTAC yayıb
. Seçkilərin nəticəsinə münasibət ifadə edən dövlət başçısı bildirib: «Bu seçkilərdə Azərbaycan xalqı öz seçimini etdi. Azərbaycan xalqı bir daha bizim siyasətimizə öz səsini verdi. Bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi».
İ.Əliyev deyib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artır, ölkə daxilində isə bütün azadlıqlar təmin olunur. Dövlət başçısı vurğulayıb ki, açıq, şəffaf, ədalətli şəkildə keçirilmiş seçkilər xalqın iradəsini əks etdirir. Hazırda Azərbaycanı dünya miqyasında «sabitlik adası» adlandıran İ.Əliyev son 15 ildə iqtisadi inkişaf baxımından Azərbaycan qədər nəticə göstərən ölkə olmadığını bildirib. Əsas yolun müstəqillik yolu olduğunu deyən dövlət başçısı heç bir kənar qüvvənin xalqı bu yoldan döndərə bilməyəcəyini vurğulayıb: «Bu yol Azərbaycan xalqının şüurlu seçimidir, biz müstəqil ölkəyik, böyük xalqıq. Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər. Ancaq müstəqillik şəraitində Azərbaycan bu qədər uğurlar əldə edə bilər. Bizim taleyimiz öz əlimizdədir».
Xatırlatma
Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Azərbaycanda bu prezident seçkisi hazırkı dövlət başçısı İ.Əliyevin istəyindən asılı olaraq 6 ay önə çəkilib. Hələ seçki günü gecə, Mərkəzi Seçki Komissiyası (MSK) bildirmişdi ki, artıq səslərin 90 faizindən çox sayılıb. Sayılan bülletenlərə əsasən, İ.Əliyev 86 faizlə liderdir. Daha sonra Zahid Orucun 3.11, Qüdrət Həsənquliyevin 3.04, Sərdar Cəlaloğlunun 3.02, Hafiz Hacıyevin 1.51, Araz Əlizadənin 1.39, Fərəc Quliyevin 1.18, Razi Nurullayevin isə 0.75 faiz səs topladığı bildirilib.
Müsavat Partiyası və Milli Şura növbədənkənar prezident seçkisini boykot ediblər. Onlar seçkinin nəticəsini tanımadıqlarını açıqlayıblar. Hazırkı dövlət başçısı İ.Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası isə seçkilərin azad və ədalətli keçirildiyini bildirib. Qalan namizədlər də seçkinin nəticələrini tanımadıqları ilə bağlı hər hansı açıqlama verməyiblər.
ATƏT DTİHB-nin müşahidəçiləri, bu qurumun və Avropa Şurası parlament assambleyalarının nümayəndə heyətlərinin hazırladığı hesabatda isə Azərbaycandakı seçkilərin hüquq və azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib.
«Hüquqların məhdudlaşdırıldığı, plüralizmin olmadığı şəraitdə seçkilərdə əsl rəqabət olmayıb», - yazılan hesabatda vurğulanıb ki, seçki qutularına bülletenlərin topa şəkildə atılması kimi ciddi pozuntular qeydə alıblar.
Загрузка...
Загрузка...

Xəbər lenti