“Leyla Şıxlinskaya” məhkəməyə gəlmək istəmir, hakim isə....

“Leyla Şıxlinskaya” məhkəməyə gəlmək istəmir, hakim isə....
Загрузка...
"Leyla Şıxlinskaya" klinikasının mənimsəmədə və vergidən yayınmaqda təqsirləndirilən keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsüyeva, Yelena Abdullayevanın və digərlərin cinayət işi üzrə məhkəmə davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Leyla Şıxliniskayanın məhkəməyə göndərdiyi məktub elan edilib.
Məktubda qeyd edilib ki, o, işlə əlaqədar prosrsdə iştirak edə bilmir. Lakin hakim Əfqan Hacıyev bildirib ki, bu müraciət qəbul edilmir və növbəti dəfə bildiriş göndərilərək Leyla Şıxliniskaya məhkəməyə dəvət ediləcək. Məhkəmə aprelin 13-də davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir. Klinikanın fəaliyyəti ilə bağlı açılan cinayət işi ilə əlaqədar məlum olan budur ki, adıçəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.
İstintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilmişdi. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.
Загрузка...
Загрузка...

Xəbər lenti