Lənkəran-Astara yolunda ağır qəza - 18 yaşlı tələbə öldü

Lənkəran-Astara yolunda ağır qəza - 18 yaşlı tələbə öldü
Загрузка...
Lənkəran-Astara yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, xarici markalı avtomobil hərəkətdə olarkən qarşısına uşaq çıxıb. Sürücü avtomobili qaçıraraq yolun kənarındakı maneəyə çırpıb. Hadisə nəticəsində xəsarət alan iki nəfər - Sahil Rüstəmov və Ağamoğlan Cabbarov xəstəxanaya yerləşdirilib. Onların hər ikisi 2000-ci il təvəllüdlüdür. Onlardan biri-Sahil Rüstəmov xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, Sahil Sədaqət oğlu Rüstəmov Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alırmış. AzTU-nun mətbuat xidmətindən "Report”a faktı təsdiqləyiblər: "Sahil Rüstəmov Universitetin "Radiotexnika və rabitə" fakültəsinin 317 a4 qrupunda, "Elektronika, telekomnikasiya və radiotexnika" mühəndisliyi ixtisası üzrə təhsil alırdı. İmtahan sessiyası bitdiyi və tətil olduğu üçün Sahil doğulduğu rayona gedib və çox təəssüf ki, orada bədbəxt hadisə ilə üzləşib…".
Faktla bağlı araşdırma aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti