Kriminal aləmin "general"ına ağır cəza verildi - LOTU QULİYLƏ SAVAŞDA İDİ

Kriminal aləmin
Загрузка...
Kiriminal aləmdə "Şakro Maladoy” ləqəbiylə tanınan "qanuni oğru" Zaxari Kalaşovun cinayət işi üzrə məhkəmə başa çatıb. Lent.az-ın "Ria Novosti” saytına istinadən məlumatına görə, "Şakro Maladoy” 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Zaxari Knyazeviç Kalaşov 1953-cü il, martın 20-də Tiflisdə anadan olub. O, milliyyətcə yezidi kürdüdür. 18 yaşı olanda o, SSRİ-nin cinayət aləminin avtoritetləri sırasına daxil ola bilib. Ona "qanuni oğru” adını 1971-ci ildə stalinizm həbsxanalarını da görmüş Avdo Mirzoyev verib. 1971-1985-ci illərdə bir neçə dəfə həbsxana həyatı yaşayan avtoritet 1989-cu ildə Moskvaya üz tutur.
Burada da tezliklə ulduzu parlayan Z.Kalaşov digər gürcü "qanuni oğru” Tariel Onianinin ("Taro”) köməyi ilə əlaqələrini və nüfuz dairəsini genişləndirir. Rusiya hüquq-mühafizə orqanlarının məlumatlarında onun adı "kriminal aləmin generalı” kimi keçir. Onun müxtəlif dövrlərdə "Solntsev”, "İzmaylovski” və "Bratski” kimi kriminal qruplaşmalara rəhbərlik etdiyi də deyilir.
Kürd əsilli "Ded Xasan" kimi tanınan Aslan Usayanın öldürülməsindən sonra onun varisi məhz "Şakro" seçilib və böyük klanın başına gətirilib.
Onu da qeyd edək ki, 1 nömrəli qanuni oğru adına hazırda İstanbulda yaşayan azərbaycanlı Nadir Səlifov (Lotu Quli) da iddia edirdi. Amma son anda qərar Şişkanovun xeyrinə verilib. Məlumata görə, bu məsələdə həlledici rolu Şakro Molodoy oynayıb. Buna görə də Şakro Molodoy və "Lotu Quli"nin münasibətlərinin yaxşı olmadığı bildirilir. 




Загрузка...
Загрузка...

Xəbər lenti