Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şəmsəddin Hacıyev “erasını” araşdırır

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şəmsəddin Hacıyev “erasını” araşdırır
Загрузка...
Bu gün yanvarın 17-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Virtualaz.org İdarənin rəsmi saytına istinadən xəbər verir ki, mətbuat konfransında Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, prezident İlham Əliyevin təşəbbüsü ilə milli iqtisadiyyatın liberallaşdırılması və rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, şəffaflığın daha da artırılması və azad rəqabətin tam təmin olunması, daha yüksək hədəflərə nail olmaq üçün ölkədə aparılan islahatlara, inkişaf proseslərinə mane olan neqativ halların tam aradan qaldırılması, daha çevik və keyfiyyətli idarəetməni təmin edilməsi məqsədilə ardıcıl hüquqi və institusional islahatlar 2017-ci ildə də uğurla həyata keçirilib.
Kamran Əliyevin sözlərinə görə, məhz bunun nəticəsidir ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər mötəbər beynəlxalq qurumlar Azərbaycanda gedən proseslərə yüksək qiymət verib. Belə ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə, Dünya Enerji Şurasının ötən il üçün tərtib etdiyi "energetika trilemmasının indeksi” üzrə isə reytinqdə bir sıra yeni sənayeləşmiş ölkələri geridə qoyaraq Yaponiyadan sonrakı 31-ci yerdə qərarlaşıb. K.Əliyev vurğulayıb ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni 2017-ci ildə də uğurla davam etdirib. Həmin müddət ərzində Baş İdarə tərəfindən vətəndaşların 7809 müraciətinə baxılıb, həmçinin 280 cinayət xarakterli material araşdırılıb.
Həmin materiallardan 181 (65%) material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 99 (35%) material üzrə digər prokuror təsir aktlarının tətbiq edilməsi təmin edilib. İl ərzində Baş İdarənin keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 5, habelə əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 17 olmaqla cəmi 22 cinayət işi başlanıb. 2017-ci il ərzində Baş İdarədə dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs barəsində barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
K.Əliyevin sözlərinə görə, korrupsiyaya görə barələrində cinayət işi qaldırılanların 44 nəfəri axtarsa verilib. Onlardan 34 nəfərinin ölkəni tərk etdiyi müəyyən olunub, qalan 10-u isə Azərbaycanın hüdudları daxilindədir.
Mətbuat konfransında Kamran Əliyev jurnalistlərin suallarına cavab olaraq Hesablama Palatasının Azərbaycan Dövlət İqtisad Universitetində apardığı yoxlama materiallarına dair təhqiqatın davam etdiyini də bildirib. Xatırladaq ki, Hesablama Palatasınnın Azərbaycan Dövlət İqtisad Universitetində dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair yoxlama materialları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həmin hesabat əsasında 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr olduğunu müəyyən edib.
Nəticədə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb. Hesablama Palatasının apardığı yoxlama nəticəsində aşkarlanan mənimsəmə və korrupsiya faktları deputat Şəmsəddin Hacıyevin rektorluğu dövrünə təsadüf edir. Lakin Şəmsəddin Hacıyev bundan əvvəl jurnalistlərə bildirib ki, təhqiqatın ona aidiyyatı yoxdur və bu iş üzrə heç kim ondan heç nə soruşmayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti