Keçmiş rektorun evini yarıb, arvadını döyən şəxslərlə bağlı YENİ XƏBƏR

Keçmiş rektorun evini yarıb, arvadını döyən şəxslərlə bağlı YENİ XƏBƏR
Загрузка...
Azərbaycan Dillər Universitetinin keçmiş rektoru Dünyamin Yunusovun evinə basqın edərək, arvadı Zəridə Yunusovanın əl-qolunu bağlayıb döyməkdə və evdən 65 min manat pul, 15 min manatlıq qızıl aparmaqda təqsirləndirilən - Süleyman Hüseynov, Yaqubar Qasımov, Cahangir Hümbətov, Amil Şirinov və Zemfira Bağırzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzeyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən təqsirləndirilən şəxslərin şikayətləri təmin edilməyib. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, hadisə 2016-cı il may ayında Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 155 ünvanında baş verib. Həmin ünvanda yaşayan, 1952-ci il təvəllüdlü Zəridə Yunusovanın yaşadığı evə girmiş 2 maskalı şəxs onun əl və ayaqlarını iplə bağlayaraq döyüb, mənzildən 65000 manat və 15000 manat dəyərində qızıl əşyalar aparıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadə tutulublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Şirinov 12 il 6 ay, Y. Qasımov 12 il 6 ay, S. Hüseynov 10 il, C. Hümbətov isə 10 il 6 ay, Z. Bağırzadə isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti