Загрузка...

Keçmiş icra başçısının oğlunu öldürmüş Lamiyə Türkiyəyə köçdü

Keçmiş icra başçısının oğlunu öldürmüş Lamiyə Türkiyəyə köçdü
Загрузка...
Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovu qətlə yetirdiyinə görə həbs həyatı yaşamış Lamiyə Quliyeva Türkiyəyə köçüb. Axar.az-ın əldə etdiyi məlumata görə, həbsdə ana olması məhkəmə tərəfindən nəzərə alınaraq azadlığa buraxılmış L.Quliyeva Türkiyədə işləyir.
L.Quliyeva 2003-cü ildə həbs olunub. O, keçmiş nişanlısı Vüqar Əliyevlə bərabər Şəmkirin sabiq başçısının oğlunu öldürüb. Həbs müddəti 2013-cü ildə başa çatsa da, CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə onun cəzası 5 il 6 ay müddətinə artırılıb.
Lamiyənin nişanlısı Vüqar isə ömürlük məhkumdur və Qobustan həbsxanasında başqa qadınla evlənib.
Загрузка...
Загрузка...

Xəbər lenti