Keçmiş deputat: “Rasim Məmmədov biznes mühitini sabotaj edir” Keçmiş deputat: “Rasim Məmmədov biznes mühitini sabotaj edir” Keçmiş deputat: “Rasim Məmmədov biznes mühitini sabotaj edir”

Keçmiş deputat: “Rasim Məmmədov biznes mühitini sabotaj edir”
Загрузка...
Bakıdakı çoxsaylı metal sexlərinə, zavodlarına reyder hücumlarında ittiham olunan, metal sənayesində inhisarçı kimi təqdim olunan "Baku Steel Company” şirkətinin sahibi Rasim Məmmədovun bu gün Zülfüqarlı qardaşlarına məxsus zavoda da hücum təşkil etdirməsinə keçmiş millət vəkili Nazim Bəydəmirlidən sərt reaksiya gəlib. "Bakı İnşaat Sənaye ASC”nin istehsal xətlərinin aparılması ilə bağlı qanunsuz məhkəmə qərarının icra olunmasına etiraz edən fəhlələrin aksiyasına münasibət bildirən N.Bəydəmirli AzEuroNews.com-a deyib ki, "Baku Steel Company” şirkətinin sahibi R.Məmmədov ölkədəki biznes və investisiya mühitini sabotaj etməklə məşğuldur.
Onun sözlərinə görə, hələ 2012-ci ildə reyder hücumları zamanı 20-dən artıq müəssisəyə qoçu dəstələri göndərmişdi: 

"Bilirsiniz ki, o zaman səhmdarı olduğum "Ataxan Dəmir Sənaye” MMC-yə də basqın olmuşdu. İdmançı formasında olan uşaqlar sorğu-sual olmadan, əsassız yerə gələrək bizə deyirdilər ki, metal istehsalı ilə məşğul ola bilməzsiniz. Biz həmin vaxt hüquq-mühafizə orqanlarına müraciətlər edirdik. Müəssisəmizə gələn polis zabitləri baxıb gedirdilər. İdmançı formasında olanlar onlara nəsə pıçıldayırdılar və gedirdilər. Bizim müəssisə 5 il fəaliyyətsiz oldu. Onlarla olan məsələmiz hələ də məhkəmə müstəvisindədir. "Baku Steel Company” şirkətindən 10 milyon təzminat tələb edirəm və işi Avropa məhkəməsinə daşımaq fikrim var.”

Nazim Bəydəmirli Nazim Bəydəmirli Sabiq deputat bildirib ki, həmin dönəmdə bir neçə müəssisənin sahibini döyməklə, soyğunçuluq etməklə Azərbaycanda iş mühitinin beynəlxalq miqyasda reytinqini aşağı saldılar: "Biz o vaxt da deyirdik, indi də bəyan edirik ki, eyni hüquq və vəzifələri daşıyan şəxslər hamı kimi qanun qarşısında eyni haqlara malikdir. Ancaq məmurların arxasında olduğu şirkətlər qeyri-qanuni yolla istehsalçıları biznes mühitindən kənarlaşdırırlar. Nəticədə o zaman onlarla xarici şirkət ölkədən getməyə başladı”.

İqtisadçı alimin sözlərinə görə, bu proses 2012-2015-ci illəri əhatə etdi: "Yadınızdadırsa, o dövrdə ölkə başçısı Sumqayıtda çıxış elədi və sahibkarlığa mane olan məmurların dövlətə xəyanət etmiş olduqlarını söylədi. Ondan sonra müəyyən loyallaşma prosesi getdi və bir çox müəssisələr işlərini bərpa etdilər. Həmin dövrdə Zülfüqarlıların zavoduna da qoçu dəstələri göndərirdilər. İndi isə məhkəmələrdə iddialar qaldıraraq əmlaklarını ələ keçirməyə cəhd edirlər. Biz məhkəmə qərarına şərh verə bilmərik, çünki detallı məlumatlı deyiləm, amma qərəzli qərarlar olduğu görünür. Digər tərəfdən, istehsal xətti reyestr sayılmır. Daşınmaz əmlak deyil ki, icraçılar sahibinin əlindən alsınlar. Dövlət reyestri aparılmayan avadanlıqların aparılması qərəzçilikdir. O baxımdan Zülfüqarlı qardaçlarına olan hücumu qətiyyətlə pisləyirəm”.

"Baku Steel Company” şirkətinin sahibi Rasim Məmmədov
"Baku Steel Company” şirkətinin sahibi Rasim Məmmədov N.Bəydəmirli hesab edir ki, prezidentin təbliğ etdiyi sahibkarlara mənəvi-siyasi dəstək fonunda, qeyri-neft sektorunun inkişafı ilə bağlı işlərin getdiyi ərəfədə zavoda basqın olunması iqtisadiyyata bir əngəldir: "Sahibkarları stol arxasında oturaraq problemi həll etməyə çağırıram. Çünki Rasim Məmmədovun bu fəaliyyəti ölkənin biznes mühitinə təsir edir, normal şirkətlər investisiya qoyan zaman Nazim Bəydəmirlinin çıxışına fikir vermirlər, hesabatlara baxırlar ki, bu ölkəyə investisiya qoymaq olar ya yox. Ona görə, baş verə hadisə ciddi siqnaldır. Burda məmurların təkcə öz maraqları deyil, iqtisadi sabotaj olduğunu düşünürəm”.
Загрузка...
Загрузка...

Xəbər lenti