Загрузка...

İşgəncə stulunda edam edilən vətən xaini - VİDEO

İşgəncə stulunda edam edilən vətən xaini - VİDEO
Загрузка...
Sirr deyil ki, ixtiraların bir çoxu insanların həyatını daha da yaxşılaşdırmaq üçün edilir. Bu məqsədlə bir çox elm adamı illərini bu işə sərf edir və insan həyatını asanlaşdıran üçün nələrisə ixtira etməyi qarşılarına hədəf qoyurlar və çox zaman buna nail olurlar. Ancaq, bu o demək deyil ki, onlar həmişə istəklərinə nail olurlar. Bəzən nələrsə yoluna getmir və ixtiraçılar elə özlərinin ixtiraları ilə həyata gözlərini yumurlar.
AUREL VLAYKU VƏ İXTİRA ETDİYİ TƏYYARƏ
Aurel Vlyaku 1882-ci ilin noyabrın 19-da Rumuniyada doğulub. Rumuniyalı mühəndisin əsas ixtirası öz adını verdiyi təyyarə hesab olunur. Lakin ixtira etdiyi təyyarənin ilk sınaq uçuşu onun planlaşdırdığı kimi alınmır. Təyyarə qəzaya uğrayır və ixtiraçı-pilot Vlayku həlak olur.
Henri Fleuss və Təkmilləşdirilmiş oksigen balonu
İlk oksigen balonu sınağının uğursuzluğundan sonra Henri Fleus təhlükəsiz bir oksigen balon ixtira etmək fikrinə düşür. O, istifadə etdiyi kompressor vasitəsi ilə havasız qalmağı planlaşdırırdı. Ancaq, Fleus ixtirasının sınağı zamanı həddən artıq oksigen qəbul edir. Nəticədə o ixtira etdiyi oksigen balonun qurbanına çevrilir.
Tomas Andreu və Titanik
Tomas Andreu Titanik gəmisinin əsas mühəndisi hesab olunur. Gəmi 1912-ci ildə ilk səfərinə çıxır. Lakin Titanik Atlantik okeanında aysberqlə toqquşur və batır. Tomas Andreu da gəminin əksər sərnişinlər kimi qəzada həlak olur.
Tomas Midcli və Mexaniki yataq
Tomas Midcli yaşlı və çox xəstə idi. O, belə qərara gəlir ki, özü və başqalarını bu durumdan xilas etsin. Gərgin əməyi onun mexaniki yataq ixtira etməsinə gətirib çıxarır. Lakin bu ixtirası onun ölümünə səbəb olur. Yaranan ptoblem nəticəsində yatağın içərisində qalan Tomas boğularaq həlak olur.
Otto Liliental və Uçuş aparatı
Alman mühəndis 11-ə yaxın uçuş apparatı hazırlayıb, sınaqdan keçirib. Bu sınaqlardan biri zamanı uçuş aparatının yerə çırpılması nəticəsində bədənində çox saylı sınıqlar meydana gəlir. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmur
Viliam Nelson və Motorlu velosiped
Nelson motorlu velosiped ixtira edir. Bu ixtirasını özü sınaqdan keçirmək qərarına gəlir. O, test sürüşü zamanı qəza edir və həlak olur. Li Si və İşgəncə stulu Li Si işkəncə stulu ixtira edir. Vətən xaini elan edildikdən sonra özü ixtira etdiyi işgəncə stulunda edam edilir.
Aleksandr Boqdanov və Qan nəqli
Aleksandr Boqdanov adlı alim qan köçürməsi yolu ilə digər xəstlərin müalicəsinin mümkün olduğuna kəşf edir. O, bu kəşfini sübuta yetirmək üçün ilk sınağın öz üzərində keçirilməsinə qərar verir. Lakin tələbəsi vasitəsilə yoluxan virusdan vəfat edir.
Загрузка...
Загрузка...

Xəbər lenti