İran: Narkotik vasitələrlə bağlı qanunun dəyişməsi minlərlə insanı ölüm hökmündən xilas edə bilər

İran: Narkotik vasitələrlə bağlı qanunun dəyişməsi minlərlə insanı ölüm hökmündən xilas edə bilər
Загрузка...
 Amnesty İnternational İranı bütün cinayətlərə görə ölüm hökmünü ləğv etməyə çağırıb Narkotik vasitələrlə bağlı ittihamlara görə ölümə məhkum edilmiş minlərlə iranlı qanunun yumşaldılması səbəbi ilə ölüm hökmündən xilas ola bilər. Bəzi narkotik maddələrlə bağlı ölüm hökmü ləğv edildikdən sonra ədliyyə rəhbəri deyib ki, ölüm hökmü gözləyən işlərə yenidən nəzər salınacaq.
 
Qanunun tətbiqindən sonra 5000 məhbusun xilas olacağı bildirlir. İran hər il narkotik vasitələrlə bağlı ittihamlar əsasında yüzlərlə adamı edam edir. İran parlamenti avqust ayında narkotik maddələrin istifadə miqdarına görə cəzalandırmanı dəyişib. Əvvəlki qanuna görə, 30 q kokainə sahib olmaq ölüm cəzasına gətirib çıxarırdı, ancaq bu, 2 kq-a qədər artırılıb. Tiryək və marixuanaya görə hədd isə 10 kq-dan 50 kq-a qədər artırılıb. Norveçdə mənzillənən müstəqil İran İnsan Haqları təşkilatının nümayəndəsi Mahmood Amir-Moghaddam qanun dəyişikliyini müsbət qarşılayıb.
 
O, BBC-yə müsahibəsində deyib ki, "Düzgün tətbiq edildikdə, bu dəyişiklik dünya miqyasında ölüm cəzasının istifadəsinin azalması istiqamətində ən əhəmiyyətli addımlardan biri olacaq". O, hazırda ölüm cəzası gözləyənlərin bundan faydalana bilməyəcəyi barədə də narahatlığını ifadə edib. Mahmood Amir-Moghaddam əlavə edib ki, "Narkotik cinayətləri üçün ölüm cəzasına məhkum olanların əksəriyyəti İran cəmiyyətinin ən marjinal hissəsinə aid olduğundan, onlar ölüm cəzalarının həbsə dəyişdirilməyi haqda müraciət etmək üçün yetərli biliyə sahib deyillər".
 
İnsan haqları müdafiə təşkilatı olan Amnesty İnternational da xəbəri xoş qarşılayıb, amma irəliləyiş görmək istədiyini söyləyib. "İran rəsmiləri narkotik maddələrlə əlaqədar cinayətlərə görə ölüm cəzasını istifadəsini dayandırmalıdır, tədricən bu, bütün cinayətlərə görə ləğv edilməlidir" deyə təşkilatın sözcüsü bildirib. "Təqribən 5000 nəfər bu cəzaya görə ölüm sırasını gözləyir. Onların təxminən 90 faizi 20-30 yaşlı ilk dəfə cinayət törədənlərdir".
 
Təşkilatdan rəmi şəkildə bildiriblər ki, 1988-ci ildən bəri İran narkotiklərlə bağlı ittihamlar əsasında 10 min insanı edam edib. 2016-cı ildə İranın ədliyyə naziri deyib ki, o, cinayətkarlar üçün edam əvəzinə "effektiv cəza" axtarışındadır. Mostafa Pourmohammadi deyib ki, ağır cinayətlərə yenidən nəzər salmaq olar və ölüm cəzası ancaq "rüşvətxor insanlar" üçün qala bilər.
Загрузка...
Загрузка...

Xəbər lenti