İnsanları sosial şəbəkədə şantaj edən şəxs tutuldu

İnsanları sosial şəbəkədə şantaj edən şəxs tutuldu
Загрузка...
Şantaj yolu ilə pul qazanmaq istəyən şəxs tutulub. Daxili İşlər Nazirliyindən Criminal.az saytına verillən məlumata görə, mayın 11-də Zərdab rayon sakinləri olan 3 nəfərin barələrində sosial şəbəkədə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul tələb etməsi barədə Rayon Polis Şöbəsinə müraciətlər edilib. Həmin müraciətelər əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində Çallı kənd sakini Qənimət Məmmədov tutulub.
Onun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onun cari ilin fevral ayından aprel ayınadək olan müddətdə Zərdab şəhərində yanacaqdoldurma məntəqələrinin birinin və Ucar şəhərində 3 aptekin sahiblərinin xidməti fəaliyyətləri ilə əlaqədar barələrində sosial şəbəkəyə rüsvayedici məlumatlar yerləşdirəcəyi ilə hədələməsi, onların ikisindən - hər birindən 100 manat aldığı da müəyyən edilib. Faktlarla bağlı araşdırmalar aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti