Çin Dənizində qəzaya uğrayan İran tankerindən iki cəsəd çıxarılıb

Çin Dənizində qəzaya uğrayan İran tankerindən iki cəsəd çıxarılıb
Загрузка...
Xilasedicilər ötən həftə Yaxın Çin Dənizində Çinin yük gəmisi ilə toqquşan İranın neft tankerindən daha iki ekipaj üzvünün cəsədini çıxarıb. Çinin dövlət mediası bildirir ki, cəsədlər şənbə səhər hələ də yanmağa davam edən Sançi gəmisinin göyərtəsində tapılıb. Bu həftəninin əvvəli tapılan bir digər cəsədin də 30 iranlı və iki banqladeşlidən ibarət 32 ekipaj üzvündən birinə aid olduğu güman edilir.
Xilasetmə komandası şənbə günü ekipaj üzvlərinin qaldığı kupelərə daxil olmağa çalışsa da, yüksək temperatur səbəbilə geri dönmək məcburiyyətində qalıb. Lakin komanda gəminin məlumatyazan cihazını bərpa edə bilib. Panamada qeydiyyatdan keçən Sançi tankeri ötən şənbə Şanxay sahilindən 257 kiloetr uzaqlıqda Honq-Konqda qeydiyyatdan keçən CF Crystal ilə toqquşduğu zaman İrandan Cənubi Koreyaya 136 min ton kondensat, çox yüngül xam neft daşıyırdı.
Crystal-ın çin vətəndaşlarından ibarət 21 ekipaj üzvünün hər biri qəzadan sonra xilas edilib. GəmiBirləşmiş Ştatlardan Çinə taxıl daşıyırdı. Qəzanın səbəbləri hələ ki, müəyyən deyil.
Загрузка...
Загрузка...

Xəbər lenti