Загрузка...

İlkin Rüstəmzadənin səhhətində problemlər yaranıb

İlkin Rüstəmzadənin səhhətində problemlər yaranıb
Загрузка...

Onun telefon danışıqlarına məhdudiyyət qoyulub

13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan İlkin Rüstəmzadə dekabrın 25-də ailəsi ilə görüşüb. 

Bu barədə məhbusun atası Bakir Rüstəmov Meydan TV-yə danışıb.

Bakir Rüstəmov deyib ki, oğlunun telefon danışıqlarına məhdudiyyət qoyulub və ona təzyiqləri artırıblar.

O, İlkin Rüstəmzadənin səhhətində problemlərin ciddiləşdiyini deyib:

“Oğlum 4 aydır ki, həkim müayinəsindən keçirilmir, ayaqlarında  şiddətli ağrılar başlayıb, qan dövranı da normal işləmir. Nə qədər isti paltar aparsaq da, ayaqları isinmir, həkimilə danışdım, amma o da inandırıcı bir şey demədi. Ümumi sağlamlıq durumu yaxşı deyil, mədə-bağırsaq, prostat problemləri qalır. Çox güman ki, həkimə də belə göstəriş verilib, artıq İlkinin durumunun yaxşılaşmasında həkimlik heç nə yoxdur. Ən əsası ona telefon danışıqlarına məhdudiyyətlər qoyulub. Başqa bir problem izlənməsi ilə bağlldır. Deyir, kitabxanada mütaliə zamanı nə yazıb qoyursa, havasını dəyişməyə çıxıb qayıdandan sonra yazdıqlarının yoxa çıxdığını görür”.

"Azad Gənclik" Təşkilatının üzvü İlkin Rüstəmzadə (hazırda NİDA-nın üzvüdür) 2013-cü ilin 17 mayında həbs olunub. İstintaq dövründə ona qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə), sonradan isə  228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddəsi irəli sürülüb.

O, 8 il azadlıqdan məhrum edilib.

"Amnesty İnternational" təşkilatı onu vicdan məhbusu olaraq tanıyıb və dərhal azad edilməsini tələb edib.

Загрузка...
Загрузка...

Xəbər lenti