İdmançı: O qədər pulum olsaydı, heç Azərbaycana gəlməzdim

İdmançı: O qədər pulum olsaydı, heç Azərbaycana gəlməzdim
Загрузка...
Dələduzluqda təqsirləndirilən idman ustası Moskvada pulu olduğunu deyir Fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən idmançı Rövşən Heybətovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Azər Paşayevin sədrlik etdiyi iclasda zərərçəkmiş Elnur Məmmədov hakimin sualına cavab olaraq 144 min dolların qaytarıldığını deyib. O, qalan pulun da qaytarılmasını istəyib və mülki iddianı müdafiə edib.
İclasda R.Heybətov ifadə verərək bildirib ki, E.Məmmədovun dediklərini təsdiq edir: "Biz biznes barəsində danışdıq. Türkiyədən Kiprə qeyri-qanuni yolla gedəcəkdik. Gömrükdə tanışım var idi. Yaxşı gəlirimiz olacaqdı. Getdim Türkiyəyə və orada 200 mini götürdüm. Elton müəllim də bizə xeyir-dua verdi və məndən söz aldı ki, pula mən cavabdeh olum. Mən ölsəm də, o pulu qaytaracam. Mən dələduzluq etməmişəm. O qədər pulum olsaydı, heç Azərbaycana gəlməzdim. Bu hadisə Türkiyədə olub, lakin Azərbaycanda cinayət işi başlanılıb. Mən onun pul verməsini heç vaxt danmamışam".
Təqsirləndirilən şəxs bildirib ki, qalan pulu ödəmək üçün ona bir həftə vaxt lazımdır: "Mənim pulum Moskvadadır. Həmin pulu da yalnız mən gedib götürə bilərəm. Elton müəllimə də demişəm. Elnur razı olmur, deyir, qaçarsan". O bildirib ki, E.Məmmədovun ona verdiyi pulla tütün almağı planlaşdırıb: "Həmin pulu İstanbulda məndən oğurladılar. Məni vurub pulu götürdülər. Xəstəxanada olanda polislər gəlib ifadəmi aldılar, lakin pulun oğurlanması ilə bağlı ərizə vermədim. Biz Bakıya qayıtdıq".
O deyib ki, pulu götürüb maşınla gedəndə sağ tərəfdən bir maşın onu vuraraq yoldan çıxarıb: "Mənim başım yaralandı və huşumu itirdim. Məndə olan məlumata görə, bu, qəsdən baş vermişdi və hadisəni törədənlər də polislərlə əlbir olublar". R.Heybətov 200 min dolların Azərbaycandan Türkiyəyə qeyri-qanuni yolla göndərildiyini də deyib. Proses fevralın 9-da davam edəcək. İdman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətov sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovun şikayəti əsasında həbs edilib. Elnur Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun etibarından sui-istifadə edərək, ona qarşı 200 min dollar miqdarında dələduzluq əməli törətdiyini bildirib.
Faktla bağlı araşdırma aparılıb, Rövşən Heybətov saxlanılıb. Onun barəsində ötən il noyabrın 25-də Xətai Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan onun barəsində ev dustaqlığı ilə bağlı qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Elnur Məmmədov "Best of the Best” promoşn qrupunun prezidenti, həmçinin, K-1 döyüş üzrə beynəlxalq qurumun Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsidir.
Загрузка...
Загрузка...

Xəbər lenti