Загрузка...

İcra başçısının keçmiş nümayəndəsi Mehriban Əliyevadan kömək istəyir - FOTO

İcra başçısının keçmiş nümayəndəsi Mehriban Əliyevadan kömək istəyir - FOTO
Загрузка...
Keçmiş icra nümayəndəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevadan kömək istəyir. Xızı rayon sakini olan Valeh Məmmədov Criminal.az saytına ünvanladığı müraciətdə bildirir:

''1995-2000-ci illər Xızı rayon Qarabulaq kəndində İcra nümayəndəsi, 2000-2005-ci illərdə Xızı rayon Məşğullq Mərkəzinin direktoru işləmişəm. 2005-2012-ci illər Xızı rayon İcra Hakimiyyətində İctimai-siyasi şöbənin müdiri, 2012-2016-cı illərdə isə Xızı rayon Fındığan kəndində İcra nümayəndəsi işləmişəm. İşlədiyim dövrlərdə dövlət maraqlarını, şəxsi maraqlarımdan üstün tutmuşam. 1993-cü ildən YAP-ın üzvü olmaqla bərabər YAP-ın Xızı rayon təşkilatının idarə heyyətinin üzvü olmuşam. 2017-ci ilin noyabr ayına qədər. Kəndin su xəttini öz hesabıma 1.5 km 65-lik ağ rəngli kapron boru alaraq Su idarəsinin iştirakı ilə birlikdə bərpa etdik. Ancaq mən bületində ola-ola günahsız yerə mənə Arzu Əzizovun təqdimatı əsasında töhmət verib, məcburi ərizəmi alıb işdən çıxartdılar. Mənim hüquqlarımı bərpa etmək üçün aidiyyatı qurumlara etdiyim müraciətlər Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun dəstəyi sayəsində nəticə vermədi.

Mənim Xızı rayon Dizəvər kəndində 2003-cü ildə istifadə etdiyim 150 ha bələdiyyədən icarə torpağımı icarə hüquqlarımın qeydiyyata alınması ilə bağlı 01 mart 2017-ci il tarixdən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etməyimə baxmayaraq mənim sənədlərim rəsmi olaraq 18 may 2017-ci il tarixdə qeydiyyata alınıb. Bu günə kimi yeddi dəfə mənə müxtəlif məzmunlu məktublar göndəriblər. İcarə torpağımı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında 5 saylı Torpaq Agentliyinin Xızı rayon üzrə nümayəndəsi Məmmədov Bahadur Bayram oğlu Aqil adlı bir iş adamına öz yeri kimi satıb və Aqil müəllim də rayon rəhbərliyi və Bahadur Məmmədovun dəstəyi ilə uzun illər istifadəmdə olan 18 ha torpaq sahəsində prezident İlham Əliyevin fərman və sərəncamlarına (yəni örüş yerlərində tikinti aparmaq qaydalarına), hörmətsizlik edərək şəkilərdə görsəndiyi kimi böyük bir ferma tikib.

Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinin işçiləri tərəfindən başda Daşınmaz Əmlakın Xızı rayon şöbəsinin müdiri İlqar müəllim olmaqla gah deyirlər 18 ha torpaq sahəsindən imtina ərizəsi yaz, torpağını sənədlərini verək. İndi da deyirlər icarə müqaviləsinin 15 il olmasına razılıq ver sənin sənədini verək. Mən bilmirəm onlar mənə hansı sənədi verirlər? Bəs o böyük ferma necə olacaq? O boyda qanunsuz tikililər külli miqdarda rüşvət müqabilinə Xızı rayon İcra Hakimiyyətini başçısı Xəzər Aslanov onun pul yığanı Arzu Əzizov və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında 5 saylı Torpaq Agentliyinin rəhbərliyinin birgə razılığı sayəsində tikilib. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsi ış adamı Aqilin Məmmədov Bahadurdan aldığı (İradə adlı bir xanımın adına sənədləşdirilib) 250 ha torpaq sahəsini mənim şikayətlərimdən sonra təcili sənədləşdirmək istəyirlər. Xızı rayon İcra Hakimiyyətində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsindən və 5 saylı Torpaq Agentliyində özbaşınalıqlar edir. 







Загрузка...
Загрузка...

Xəbər lenti