Hollandiya Helsinki Komitəsi Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyasından xaric edilməsini istəyir

Hollandiya Helsinki Komitəsi Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyasından xaric edilməsini istəyir
Загрузка...
 Hollandiya Helsinki Komitəsi Beynəlxalq Prokurorlar Assosiasiyasına (IAP) müraciət edərək Azərbaycanın təşkilatdan çıxarılmasına çağırıb. Buna səbəb kimi Azərbaycanın təşkilatın prinsip və standartlarını pozması göstərilir.
Hollandiya Helsinki Komitəsinin bəyanatında deyilir ki, bu qurumun üzvü olan ölkədə insan hüquqlarının pozulması yolverilməzdir. Əsasən Azərbaycan prokurorluğunun işçiləri ittihamları saxtalaşdırır və jurnalistlər, vətəndaş cəmiyyəti fəalları daxil olmaqla, günahsız adamları həbs edirlər. Son 4 ildə bu proseslər daha da güclənib. Ölkə hökuməti onu tənqid edənlərə qarşı repressiya dalğasına başlayıb. Bu gün ölkədə siyasi motivlərlə təqib edilən onlarla siyasi məhbus var.
Bundan əlavə, Azərbaycanda işgəncə və qeyri-insani davranış faktları qeydə alınır, ancaq prokurorluq bu halları araşdırmır. Hakimiyyət təmsilçiləri ölkədə heç kəsin siyasi motivlərlə həbs olunmadığını, fərdlərin konkret cinayətlərə görə cəzalandırıldığını bildirir. Beynəlxalq qurumların ölkədə insan haqlarının durumunun pisləşməsilə bağlı tənqidlərinə gəlincə, hakimiyyət bunu ölkəyə qarşı qarayaxma, təzyiq kampaniyası kimi xüsusi təşkil olunduğunu, müəyyən dairələr tərəfindən idarə edildiyini bildirir. (Amerikanın səsi)
Загрузка...
Загрузка...

Xəbər lenti