Heydər Əliyevin orden verdiyi polkovnikin oğlu sərxoş halda qəza törədib

Heydər Əliyevin orden verdiyi polkovnikin oğlu sərxoş halda qəza törədib
Загрузка...
Yanvar ayının 25-də gecə saatlarında Nəsimi rayonunda işıqforun qırmızı işığında keçən avtomobil qəza törədib. "Report"-un xəbərə görə, 90 AR 681 dövlət qeydiyyat nişanlı "Tofaş" markalı avtomobili idarə edən 1990-cı il təvəllüdlü Novruzəliyev Abdulkərim Müzəffər oğlu C.Məmmədquluzadə küçəsi ilə hərəkətdə olarkən, işıqforun qırmızı işığında keçib. Nəticədə o, Bakıxanov küçəsində hərəkətdə olan "Audi" markalı avtomobilə çırpılıb.
Qəza zamanı A.Novruzəliyev aĝır bədən xəsarəti alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun sağ bud sümüyü sınıb və hazırda stasionar qayda da müalicə alır. Hər iki avtomobil deformasiyaya uğrayıb. Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.
"Ölkə.Az"ın əldə etdiyi məlumata görə, Abdulkərim Novruzəliyev Tofaşı idarə edərkən içkili olub. Elə bu səbəbdəndə Nəsimi ve Yasamal rayon DYP şöbəsinin əməkdaşlarının "saxla" əmrinə tabe olmayıb. Nəticədə məlum qəzanı törədib.
Qeyd edək ki, xəsarət alan şəxsin atası Müzəffər Novruzəliyev uzun illər DİN sistemində yüksək vəzifələrdə işləyərək təqaüdə çıxıb. O, DİN-də ölüm şöbəsinin rəisi olub. Sonra isə bir müddət keçmiş "İnter" futbol klubunda vitse-prezident vəzifəsində işləyib.
Criminal.az bildirir ki, M.Novruzəliyev əvvəllər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində şöbə rəisi də işləyib. O, elə həmin müddətdə, 1998-ci ildə prezident Heydər Əliyev tərəfindən ''İgidliyə görə'' ordeni ilə təltif də edilib. 
Загрузка...
Загрузка...

Xəbər lenti