Hərbiçi İlham Əliyevdən kömək istəyir: ''Belə həssas anda biganə qala bilməzdim''

Hərbiçi İlham Əliyevdən kömək istəyir: ''Belə həssas anda biganə qala bilməzdim''
Загрузка...
Azərbaycan hərbiçisi ölkə başçısından kömək istəyir. Gizir Fərid İbrahimov hərbi hissə komandiri tərəfindən əsassız olaraq işdən çıxarıldığını iddia edir.
Şikayətçi gizir Criminal.az saytına da göndərdiyi müraciətdə yazıb ki, 2011-ci ilinmartın 11-dən Daşkəsən rayonun Xoşbulaq kəndi yağınlığındkı N saylı hərbi hissədə bir gizir olaraq xidmətə başlamışam. 2016-cı ilin oktyabrın 5-dən Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə xidmətimi davam etdirmişəm. Lakin bu ilin martın 13-də mənə məxsus olan dolabda xarab ALKATEL markalı telefonu hərbi hissəmizin 3-cü tabor komandiri, mayor Vüqar Məmmədov gəlib götürüb və mənə bildirib ki, sən çoxfunksiyalı telefon işlətdiyinə görə əmri pozmusan. O məsələ barəsində Hərbi hissə komandiri polkovnik-leytenant Eldəniz Nəsirova məruzə edib. Komandir məsələni hərbi hissənin şərəf məhkəməsində müzakirəsini istəyib. 

Toplantı zamanı hissənin tərbiyəvi işlər üzrə komandir müavini mayor Vəliyev Emin bütün çıxış edənləri dinləyib və heç bir çıxış və təkliflərə məhəl belə qoymadan mənim ordu sıralarından dərhal tərxis olunmaöım barədə tək özü qərar qəbul edib. Baxmayaraq ki, həmin mobil telefon təhqiqat üçün 3-cü ordu korpusuna göndərilib. Yoxlamanın nəticəsində məlum olub ki, telefonda heç bir məxfi pozuntu, hərbi hisəyə aid hər hansı foto və videomaterial aşkar edilməyib, sosial şəbəkədən istifadə edilməyib, yaddaş kartı isə ümumiyyətlə olmayıb.
Şərəf məhkəməsində çıxış edən zabit və gizir heyətinin hamısı( taborun qərərgah rəisi Mübariz Xələfi, baş gizir Miriyev Mirəli,kapitan Samir İsmayılov,kapitan Elşən Əliyev və digərləri) təklif ediblər ki, gizir F.İbrahimovun nümunəvi hərbi xidməti, keyfiyyəti nəzərə alınmaqla ona töhmət verilsin və xidmətini davam etdirsin. Lakin bütün deyilənlərə və ekspert rəyinə məhəl qoymadan barəmdə ordu sıralarından tərxis olunmaq barədə Hərbi hissə komandiri tərəfindən Müdafiə Nazirliyinə təqdimat göndərilib. Həmin təqdimat MN-nin Baş Qərargah rəisinin 29.03.2018-ci tarixli əmrinə əsasən icrata göndərilib. Nəticədə 10 aprel 2018-ci il tarixli təyinat vərəqəsi verilərək yaşadığım yer üzrə hərbi qeydiyyata alınmağım tövsiyə edilib. 

''Mən iclasda bu məsləilə bağlı da şəxsi heyət qarşısında bildirmişdim ki, adi mobil telefonla mən Bakıda yaşayan və hər an həyatını itirmə təhlükəsilə yaşayan dialez xəstəsi olan anamla hərdən əlaqə saxlamaq üçün istifadə etmişəm. Başqa heçnə. Yəni, azacıq da olsa ana, vətən sevgisi olan bir övlad kimi belə bir həssas anda biganə qala bilməzdim. Ona görə mobil telefondan istifadə etmək məcburiyyətində qalmışdım. Amma cəzamı da çəkməyə hazıridim. Təki məni ən ağır cəza olaraq işdən çıxarmamayadılar. Çünki, iki azyaşlı övladıma, işsiz atama, dializ xəstəsi olan anamın qayğısına tək bir mən övlad olaraq qalırdım. İndi məni şəxsi-qərəzliyi olan mayor Emin Vəliyevin "Şərəf məhkəməsində” heç bir şəxsi heyətin təklifini, ekspertrəyini nəzərə almadan məni ğöır cəzalandırmasından şikayətçiyəm. Ordunun zabit və gizir heyətini əlinə düşən belə bir "fürsət”lə dərhal cəzalandırmaq heç zabit şərəfinə və qaydalarına uyğun deyildir. Cənab Ali Baş Komandan! Tək Sizə ümid edirəm ki, barəmdə hərbi hissə rəhbərliyinin qəbul etdiyi əsassız qərarın yerində araşdırlması və qanunauyğun tədbir görülməsi üçün aidiyyatı orqanlara şəxsi nəzarətiniz altında göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm''-deyə gizir qeyd edib. 

Загрузка...
Загрузка...

Xəbər lenti