Həlak olan alpinistlər çadırda olublar

Həlak olan alpinistlər çadırda olublar
Загрузка...
Həlak olan alpinistlərin cəsədləri çadırda tapılıb. Bu barədə FHN axtarış qrupunun rəhbəri Toğrul Mehdiyev jurnalistlərə bildirib. İlkin rəyə görə, onlar çadırda istirahət vaxtı gözlənilmədən qar uçqununa düşüblər. Dörd aydan çox vaxt keçsə də meyitlər tanınan halda olub. Əvvəlcə Babur Hüseynov, sonra isə Fəridə Cəbrayılzadə və Namin Bünyatov tapılıb. Qarın səviyyəsi azaldığından alpinistlərin olduğu yeri müəyyənləşdirmək üçün bəzi ipucuları ortaya çıxıb.
Xilasetmə qrupunun komandiri Anar Alxanov bildirib ki, alpinistlərin meyitləri qarın 4 metr dərinliyində aşkar olunub. Xatırladaq ki, aplinistlər mayın 16-da saat 18:00-da aşkar ediliblər. Meyitlər tibbi ekspertizadan keçirilmək üçün Quba Rayon Mərkəzi Xəstəxanasının morquna gətirilib. Bundan sonra doğmalarına verilib. Yaxınlarının və doğmalarının sözlərinə görə, N.Bünyadov Şəmkirdə, F.Cəbrayılzadə Masallıda, B.Hüseynov Astara rayonunda dəfn ediləcək.
Xatırladaq ki, "Gilavar" hava-ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufan dağa (4191 m) yürüşə çıxıblar. Dekabrın 24-də ailələri ilə danışan alpinistlərlə az sonra əlaqə itib. 2 gün sonra alpinistlərin axtarışına başlanılıb. Mütəxəssislərin qiymətləndirmələrinə görə, alpinistlər qar uçqununa düşüblər.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti