Загрузка...

Həbsdəki MTN generalı var-dövlətini geri istəyir

Həbsdəki MTN generalı var-dövlətini geri istəyir
Загрузка...

Həbsdənolan general şikayətçidir

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyev barələrində olan hökümdən apellyasiya şikayəti veriblər. Lent.az-ın məlumatına görə, Elcin Quliyev Bakı Hərbi Məhkəməsinin barəsində verdiyi hökmün ləğv edilməsini və ona bəraət verilməsini istəyib.

O, müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklarının da özünə qaytarılmasını tələb edib. Azər Mehdiyev də apellyasiya şikayətində barəsində bəraət hökünün çıxarılmasını istəyib. Elçin Quliyev və Azər Mehdiyevin şikayəti ötən həftənin cümə günü Bakı Hərbi Məhkəməsinə göndərilib. MTN-nin sabiq əməkdaşlarının şikayəti Bakı Hərbi Məhkəməsi vasitəsi ilə araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, ittihama görə, Elçin Quliyev və Azər Mehdiyev dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışan şəxslərə, iş adamlarına hədə-qorxu gəliblər, onlardan külli miqdarda pul alıblar. İstintaq sənədlərinə görə, Elçin Quliyev və digər şəxslər MTN polkovniki Malik Mustafayevi intihar həddinə çatdırıblar. Malik Mustafayev xidməti vəzifəsi başında intihar edib. Onun qardaşı Mətləb Mustafayev MTN tərəfindən şərlənərək həbs edilib. Bundan sonra şantaj olunan Malik Mustafayev özünü öldürüb. Cinayət işi üzrə ümumilikdə 18 nəfər zərərçəkmiş var.

Elçin Quliyev və Azər Mehdiyev ittihamlarla razılaşmır. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər. Hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə prezdentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib. Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib. Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.

Загрузка...
Загрузка...

Xəbər lenti