Həbsdə olan keçmiş müstəntiqin oğlu dünyaya gəldi

Həbsdə olan keçmiş müstəntiqin oğlu dünyaya gəldi
Загрузка...

 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan keçmiş müstəntiq Rüfət Səfərov ata olub. Criminal.az xəbər verir ki, bu barədə R.Səfərovun anası Tahirə SƏfərova ''facebook''da yazıb. ''Balamın balası dünyaya gəldi'' deyən ana oğlu Rüfətlə yeni doğulan nəvəsinin fotosunu da paylaşıb. 

 R.Səfərovun oğlu dünyaya gəlib.

R.Səfərov 2015-ci il dekabrın 20-də hüquq-mühafizə sistemini tənqid edərək, istefa verdiyini bildirmişdi. Həmin vaxta kimi R.Səfərov Zərdab Rayon Prokurorluğunun müstəntiqi idi.

Bundan az sonra o, saxlanılıb və rüşvət almaqda təqsirli bilinərək barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. 

2016-cı ilin yanvarında barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edildi. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsi R.Səfərovu 9 il azadlıqdan məhrum etdi. O, ittihamlarla razılaşmır, bunu sistemi sərt tənqid etməsi ilə izah edir.

R.Səfərov keçmiş YAP-çı deputat, uzun müddət Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun oğludur.

Həbsdə
Загрузка...
Загрузка...

Xəbər lenti