Həbsdə olan blogerin səhhəti pisləşib

Həbsdə olan blogerin səhhəti pisləşib
Загрузка...

Namiq Sadıqlı üçün dörd dəfə təcili yardım çağırılıb 

Vəkil Əsabəli Mustafayev inzibati qaydada həbs edilənlərin saxlanma məntəqəsində saxlanılan, müdafiə etdiyi bloger Namiq Sadıqlının səhhətinin kəskin şəkildə pisləşdiyini bildirib. 

Facebook sosial şəbəkəsində bu barədə yazan vəkil qeyd edib ki, son günlərdə N.Sadıqlı üçün dörd dəfə təcili yardım çağrılıb.  

“Semaşka”ya aparılaraq orada müayinə olunub. Namiq bəyin dediyinə görə həkimlər onu xəstəxanada saxlamaq istəsələr də, cəzaçəkmə müəssəsinin əməkdaşları buna razı olmayıblar”. 

Vəkil bildirib ki, hazırda o, müəssisədə müalicə kursu keçir. 

“Namiqin deməsinə görə səhhətindəki problemlərin yaranmasının səbəbi az hərəkət etməsi, açıq havada az olması, zəif qidalanma nəticəsində imunitetinin aşağı düşməsi olmuşdur. Onun səhhətindəki problemlər ilə bağlı müvafiq qurumlara müraciət olunacaq”, - Ə.Mustafayev bildirib.

Bundan başqa vəkil qeyd edib ki, N,Sadıqlı haqqında birinci instansiya məhkəməsinin qərarından verdiyi apelyasiya şikayəti hələ də baxılmayıb.  

“Məlumdur ki, qanuna görə apelyasiya şikayətini alan kimi birinci instansiya məhkəməsi dərhal onu apelyasiya instansiyasına göndərməli, sonuncu isə bir gün ərzində bu şikayətə baxmalıdır. Mən apelyasiya şikayətini 6 dekabr tarixində Nəsimi rayon məhkəməsinə (hakim Şəlalə Həsənova) təqdim etmişəm. Demək olar kı, bir həftə ötüb, ancaq şikayətə hələ də baxılmayıb. Bu şikayətin hazırda harada olmasından da məlumatsızam. Bilmirəm onu hansı instansiya məhkəməsində və necə axtarım”.  

Nəsimi rayon məhkəməsinin qərarı ilə Xalq Cəbhəsi Partiyasının fəalı, bloger Namiq Sadıqlı dekabrın 1-də polisin qanuni tələblərinə tabe olmamaq ittihamı ilə (İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi) 30 gün müddətinə həbs edilib.

Partiya nümayəndələri siyasi motivlərlə təqib edildiyi qənaətindədirlər.  

Загрузка...
Загрузка...

Xəbər lenti