Həbib Axundov ''dərman mafiyası''na bağlılığından danışdı, özünün böyuk yalanını üzə çıxardı - VİDEOFAKT Həbib Axundov ''dərman mafiyası''na bağlılığından danışdı, özünün böyuk yalanını üzə çıxardı - VİDEOFAKT

Həbib Axundov ''dərman mafiyası''na bağlılığından danışdı, özünün böyuk yalanını üzə çıxardı - VİDEOFAKT
Загрузка...
Deputat Elmira Axundovanın oğlu Həbib Axundov saxta dərman əməliyyatında adı keçən "Elit” apteklər şəbəkəsinin onların ailəsinə aid olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. H. Axundov "Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, əvvəl "Favorit” marketlər şəbəkəsini onun adına bağlayırdılar:
"Mənim özümə də maraqlı idi ki, "Favorit” görəsən, kimə məxsusdur? Araşdırdım, məlum oldu ki, başqa bir şirkətindir. İndi də "Elit” aptekini mənim adıma bağlayırlar. Aptekin sahibini belə tanımıram. 1993- cü ildən həmin apteklər işləyir. Anam o aptekin birindən dərman alıb. Mən heç bilmirdim ki, o aptek şəbəkədir. Elə bilirdim ki, iki-üç dənədir. Nəsimi rayonunda bir dənə qeyri-yaşayış obyektim var. 73-75 kvadrat olar. Həmin yeri aptekə icarəyə vermişəm. Əlimdə icarə müqaviləsi də var. İcarəyə vermək dərman mafiyasını işlətmək deməkdir? Bir xəstə insan var ki, o neçə illərdir ki, bizə qarşı kampaniya aparır. Onun əlindən gələn də budur. Artıq icarəyə verilən obyektdən də istifadə edir. Nəsimi rayonundakı həmin obyektin yuxarı mərtəbəsindəki çayxana isə mənə məxsusdur. Yazırlar ki, Alov Qülləsində də mənzil alınıb. Alov qüllələri oteldir, orada mənzil var ki?”.
H. Axundov 8 milyonluq cinayət işindən də danışıb. O qeyd edib ki, cinayət işi çoxdan bitib: "İş məhkəmədədir. Mən də həmin məsələdə zərərçəkmiş qismindəyəm. Artıq həbslər də var”.
Criminal.az bildirir ki, H.Axundov açıqlamasında ''Favorit''ə bağlılığını inkar etsə də, nədənsə özünün həmin marketin açılışında iştirak etməyini, hətta qırmızı lenti kəsməyini unudub. Həmin açılış mərasiminə telekanallarda da yayımlanıb. ATV telekanalında yayımlanmış sujetdən bir hissəni təqdim edirik. Nəzərinizə çatdıraq ki, sağ tərəfdə lenti kəsən H.Axundovdur.
Deputat oğlu müsahibəsində Nəsimi rayonunda ''Elit'' aptek üçün kirayə verdiyi obyektlə bağlı da yalanını üzə çıxarıb. İcarəyə verdiyi obyektin sahəsini 75 kvadratmetr göstərib. Lakin 6 mərkəbəli tikilinin 75 kv.metr olmasına az adam inanar. 
Onu da əlavə edək ki, H.Axundovun adı azərbaycanlı model, "Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Mirzəyevanın ölümündə də hallandırılırdı. Qızın hamilə olması, H.Axundovun ona bahalı avtomobil alması, hətta onun yaxtasında ölməsini təqdiqləyən ciddi faklar da var. Lakin gənc qızın ölümü ört-basdır edilsə də, az qala ölümdən bir il vaxt keçsə də, bu hadisə ətrafında sosial şəbəkələrdə müzakirələr davam edir. H.Axundovun mərhum Günel Mirzəyeva ilə bağlı çox sıcaq fotoları sosial şəbəkədə dolaşmaqdadır. 

Загрузка...
Загрузка...

Xəbər lenti