Gənc mühacir Belçikada niyə öldü? (Fotolar)

Gənc mühacir Belçikada niyə öldü? (Fotolar)
Загрузка...
Bu günlərdə Belçikada yaşayan mühacir, satirik şair Mirzə Sakit bir qəbiristanlıqda çəkilən fotonu paylaşaraq, aşağıdakı statusu yazıb: "Ağır sürən xəstəlikdən xilas ola bilməyən gənc soydaşımız Fuad bəyi bu gün Belçika torpağında dəfn etdik. Dünyadakı bütün torpaqlar müqəddəsdir. Ancaq qürbət diyarda onun anasının naləsinə dözmək çox ağrılı məsələdir. Ruhu şad olsun soydaşımızın”.
Musavat.com bu mühacirin kim olduğunu dəqiqləşdirmək üçün Mirzə Sakitlə əlaqə saxlayıb. Satirik bildirib ki, mərhum Haqverdiyev Fuad Belçikanın Lalova şəhərində yaşayırdı və xərçəng xəstəliyinə tutulmuşdu: "Çox təəssüflər olsun ki, həkimlər onu xilas edə bilməyib və o, fevralın 2-də keçinib. Amma meyidi morqda olduğundan dəfn mərasimi bir neçə gün sonra baş tutub. Çünki bəzi prosedurlar Belçikada vaxt aparır. Biz onu fevralın 7-də Lalova qəbiristanlığının müsəlmanlara aid hissəsində dəfn etdik”.
Satirik mərhum F.Haqverdiyevin heç bir siyasi partiyanın üzvü olmadığını dedi: "Mərhum Fuad bəyin oturumu var idi. Bacanağı, qayınatasının da oturumu var. Qayınatası ADP üzvüdür. Özü heç bir partiyanın üzvü deyil. Mənim onunla bağlı məlumatlarım bundan artıq deyil”.
Загрузка...
Загрузка...

Xəbər lenti