Fərəh Əliyeva Prezident Adminstrasiyasında şöbə müdiri oldu

Fərəh Əliyeva Prezident Adminstrasiyasında şöbə müdiri oldu
Загрузка...
 Fatma Abdullazadəni professor Şirməmməd Hüseynovun qızı əvəzləyəcək
Prezident İlham Əliyevin sərəncamı ilə Fərəh Əliyeva Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib. Criminal.az xəbər verir ki, Fərəh Əliyeva başqa bir sərəncamla Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilib.
F.Əliyeva Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovun qızıdır. 1993-2017-ci illərdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsində Fatma Abdullazadə olub.
Загрузка...
Загрузка...

Xəbər lenti