Загрузка...

Fazil Məmmədov Sahib Ələkbərovu vəzifəsindən uzaqlaşdırdı

Fazil Məmmədov Sahib Ələkbərovu vəzifəsindən uzaqlaşdırdı
Загрузка...
Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyində kadr dəyişikliyi olub. AGF-dəmn verilən məlumata görə, federasiya prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə qurumun I vitse-prezidenti vəzifəsinin müvəqqəti icraçısı Sahib Nurəddin oğlu Ələkbərov tutduğu vəzifədən azad edilib.
 
Sahib Ələkbərov

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası Firdovsi Qəminalı oğlu Umudova həvalə edilib.
Qeyd edək ki, F.Umudov sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi, əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür. O, güləş idman növünün inkişafındakı xidmətlərinə görə 2009, 2012 və 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilib, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Şöhrət" ordeni, "Tərəqqi" medalı və "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub.
Загрузка...
Загрузка...

Xəbər lenti