Evini əxlaqsızlıq yuvasına çevirən qadın yaxalandı

Evini əxlaqsızlıq yuvasına çevirən qadın yaxalandı
Загрузка...
Binəqədi Rayon Məhkəməsində evini əxlaqsızlıq yuvasına çevirən qadının məhkəməsi başlayıb.
"Ölkə.Az”ın xəbərinə görə, cinayət məcəlləsinin 243.1-ci (zor tətbiq etməklə fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilinən Neftçala rayon sakini olan Həziyeva Sevinc Əliyar qızının məhkəmə prosesinə hakim Rəşad Əliyev sədrlik edəcək. Cinayət işində S.Həziyevanın həmyerliləri olan Əsədullayeva Ülviyyə İnşallah qızı və Əhmədova Ruhəngiz Vaqif qızı zərərçəkmiş qismində tanınıblar.
Məlumata görə, Sevinc Həziyevaya qarşı 2015-ci ildə də Nizami RPİ-də analoji fakta görə cinayət işi başlanıb. Belə ki, Həziyeva Bakıda kirayədə yaşadığı evi əxlaqsızlıq yuvasına çevirib. Ev sahibi və qonşular baş verənlərdən narazı olaraq, hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları, Neftçala rayon sakini Sevinc Həziyevanın Qara Qarayev prospektində kirayədə yaşadığı evdə əməliyyat keçirərək qadını saxlayıblar. Ancaq məhkəmədə cərimə cəzası ilə canını qurtaran S.Həziyeva bu dəfə məkanı dəyişərək Binəqədi rayonu ərazisində kirayə mənzil tutaraq qadınları fahişəliyə cəlb etməklə məşğul olub.
Загрузка...
Загрузка...

Xəbər lenti