Ərinin şah damarından bıçaqlayıb öldürən qadın AZADLIQDA

Ərinin şah damarından bıçaqlayıb öldürən qadın AZADLIQDA
Загрузка...
Ərini öldürməkdə təqsirləndirilən Günər Mirzəyevanın barəsində olan məhkəmə hökmündən prokuror tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayətinə baxılıb. Lent.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Qalib Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, prokurorun apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, 2016-cı il noyabrın 7-də Maştağa kəndində yaşayan G.Mirzəyeva həyat yoldaşı 32 yaşlı Şəmsi Babayevlə mübahisə zəminində ərinə bir neçə bıçaq zərbəsi vurub. Zərbələrdən biri ərinin şah damarına dəyib və o, qan itirmədən dünyasını dəyişib.
Daha sonra G.Mirzəyeva hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Məhkəməsinin hökmü ilə G.Mirzəyeva ittiham olunduğu 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddə 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif olunub. O, 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. G.Mirzəyeva həmin müddəti istintaq təcridxanasında başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti