Əlisgəndər İsgəndərov küçəsində həyət uğrunda qarşıdurma: tikinti şirkəti yenə hücum çəkdi

Əlisgəndər İsgəndərov küçəsində həyət uğrunda qarşıdurma: tikinti şirkəti yenə hücum çəkdi
Загрузка...
Bakının Nəsimi rayonu, 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində yerləşən 5 mərtəbəli kooperativ yaşayış binalarının həyətinin bina tikintisi üçün satılması ilə bağlı məlumat vermişdik. Ərazidə sakinlər tərəfindən salınan yaşıllıq məhv edilib, həyətə buldozerlər salınaraq çoxillik meyvə ağacları kəsilib və daşınıb. Lakin bir neçə gün öncə sakinlər öz vəsaitləri hesabına həmin həyətdə 120 ədəd ağac əkiblər.
Bu gün səhər saatlarından isə tikintini həyata keçirən "EDif” MTK-nın əməkdaşları həmin binaların sakinlərinə zor tətbiq edərək yeni ağaclar əkilən həyəti hasarlamağa başlayıblar. Bu barədə virtualaz.org-a həmin ünvanda yaşayan sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, həyətə toplaşan bina sakinlərin etirazlarına heç əhəmiyyət verən də olmayıb. MTK-nın fəhlələri sakinlər toplaşmasın deyə əraziyə sürətlə hasar çəkiblər. Bundan başqa, həmin ünvandakı Nigar Rəfibəyli adına uşaq kitabxanasını da sökməyə başlayıblar.
"EDiF” MTK-nın işçiləri hasarlamanaı video kameraya çəkdiyi üçün binada yaşayan Muxlis Bədirxanovun üzərinə hücum çəkiblər. Ondan telefonla çəkdiklərini silməsi tələb olunub: "Hasarlamanı telefonla çəkdiyimə görə MTK işçiləri üstümə hücum çəkdilər. Telefonu əlimdən alıb çəkdiklərimi silmək istəyirdilər. Polis də kənarda dayanıb tamaşa edirdi. Onlara mane olmaq əvəzinə məni tutub maşına basdılar.
Sonra camaatın etiraz elədi, dedilər ki, müharibə veteranıdır, ikinci qrup əlildir, ondan sonra məni buraxdılar”, - deyə M. Bədirxanov deyir. Ərazidəki hasarlama işlərini virtualaz.org-a 81 saylı MTK-nın sədri Asif Məmmədov da təsdiqləyib.
Onun sözlərinə görə, "EDiF” MTK-nın əməkdaşları saxta sənədlə bina sakinlərini hədələyiblər: "Bizə saxta sənəd göstərirlər, hətta sənəddə göstərdikləri ünvan da düz deyil. Bizə zor tətbiq edərək burada hasar çəkirlər. Əraziyə polis də toplaşıb. Polis onlara şərait yaradır ki, hasar çəksinlər, əhali yaxınlaşıb mane olmasın. Hazırda demək olar ki, yüngül konstruksiyalı hasarı çəkib bitiriblər.
Bundan sonra isə yəqin ki, əkilən ağacları qıraraq tikintiyə başlayacaqlar”, - deyə A. Məmmədov bildirib. Qeyd edək ki, virtualaz.org əvvəl də sakinlərin şikayətləri əsasında həmin ünvandakı qanunsuz ağac qırılması, yaşıllıqların məhv edilməsi ilə bağlı yazmışdı. Bundan sonra işlər bir neçə ay dayandırılmış, tikintiyə fasilə verilmişdi. Nəsimi Rayon İcra Hakimiyyətindən isə ərazidə hər hansı ağac qırılması faktı olmadığını, yalnız budama və abadlıq işləri aparıldığını bildirmişdilər.
Загрузка...
Загрузка...

Xəbər lenti