Əliməmməd Nuriyev: 100-dən artıq məhbusun müraciətinə baxılıb

Əliməmməd Nuriyev: 100-dən artıq məhbusun müraciətinə baxılıb
Загрузка...
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası fevralın 8-də 100-dən artıq məhbusun müraciətinə baxıb. Bu haqda Meydan TV-yə komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib. Onun bildirdiyinə görə, komissiyanın növbəti toplantısında əfvlə bağlı müraciətlərin bir qismi araşdırılıb. Müraciətlərin bir çoxuna müsbət qiymət veridliyini ifadə edən Ə.Nuriyev müraciət edənlərin kimiliyi haqda danışmayıb.
"Hər bir məhbus barədə Qeyri-Hökumət Təşkilatları, vəkilləri, yaxınları müraciət edə bilər. Müraciətlərə baxılmasında heç kimə fərq qoyulmur, geniş müzakirə olunur, arayış hazırlanır, rəylər verilir”, Ə.Nuriyev bildirib.
 Əfv üçün edilən müraciətlərə baxılması başa çatdıqdan sonra müvafiq siyahı ölkə başçısına təqdim ediləcək. Azərbaycanda sonuncu əfv sərəncamı 2017-ci il martın 16-da imzalanıb. Sərəncama əsasən 423 nəfər azad edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti