''Əfv gələn ilin martında ola bilər''

''Əfv gələn ilin martında ola bilər''
Загрузка...

Əliməmməd Nuriyev: "Tez-tez əfv sərəncamlarının verilməsi praktikası yoxdur"

“Güman edirəm ki, əfvlə bağlı sərəncam gələn ilin martında ola bilər”. Bunu Meydan TV-yə Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, Novruz bayramı ərəfəsində əfvin olması daha realdır:

“Sonuncu dəfə mart ayında cənab prezident tərəfindən 423 nəfərə şamil edilən əfv sərəncamı olub. Ümumiyyətlə, belə tez-tez əfv sərəncamlarının verilməsi praktikası yoxdur. İstənilən halda ilin sonunda bu sərəncamın imzalanması ölkə prezidentinin səlahiyyətlərinə aiddir”.

Əliməmməd Nuriyev deyib ki, Əfv Məsələləri Komissiyasının iclası olmadığından müraciət edənlərin siyahısı ilə bağlı məlumat yoxdur:

“Onu da qeyd edim ki, Azərbaycanda əfv məsələləri haqda əsasnaməyə görə, əfv üçün müraciət hüququ məhkumun özünə, onun nümayəndəsi, vəkili, eyni zamanda Ombudsman, millət vəkilləri, beynəlxalq, yerli QHT-lərə aiddir. Ona görə əfv üçün şəxsin özü ilə yanaşı, bir çox subyektlər müraciət edə bilər. Zaman-zaman belə müraciətlər olub və bu müraciətlərə bir çox hallarda müsbət yanaşılıb”.

Загрузка...
Загрузка...

Xəbər lenti