Əfqan Muxtarlı Cəzaçəkmə Müəssisəsinə köçürülüb

Əfqan Muxtarlı Cəzaçəkmə Müəssisəsinə köçürülüb
Загрузка...
 Cəzaçəkmə müəssisəsində AXCP Ali Məclisinin üç üzvü saxlanılır
6 il azadlıqdan məhrum edilən jurnalist Əfqan Muxtarlı mayın 11-də 16 saylı Cəzaçəkmə Müəssisəsinə aparılıb. Bu barədə Meydan TV-yə Əfqan Muxtarlı ilə əlaqə saxlayan NİDA Vətəndaş Hərəkatının koordinatoru Samir Əsədli danışıb. O bildirib ki, həmin Cəzaçəkmə Müəssisəsində AXCP Ali Məclisinin üzvləri Məmməd İbrahim, Fuad Əhmədli və Asif Yusifli saxlanılır. Məmməd İbrahim Cinayət Məcəlləsinin 221.1və 221.2.2 maddələri ilə (xuliqanlıq) 3 il azadlıqdan məhrum edilib.
Fuad Əhmədli "Azərfon” MMC-də çalışdığı müddətdə "abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb” ittihamı ilə 4 il azadlıqdan məhrum olunub.
7,5 il azadlıqdan məhrum olanan Asif Yusifli isə dələduzluqda və mənimsəmədə ittiham edilib. Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub. Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edir. Bu ittiham üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.
Həmin ittihamlara görə 318.1 maddəsi 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, 206.1 maddəsi beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutur. Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının siyasi məhbus kimi tanıyır.
Загрузка...
Загрузка...

Xəbər lenti