Dürrə İsmayılova məhkəmə zalında həbs olundu

Dürrə İsmayılova məhkəmə zalında həbs olundu
Загрузка...
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Dürrə İsmayılovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Yerli KİV-in xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, D.İsmayılova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Xatırladaq ki, dövlət ittihamçısı D.İsmayılovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İttihama görə, Xətai rayonu ərazisində lombard fəaliyyəti ilə məşqul olan Dürrə İsmayılova dələduzluq nəticəsində insanların onun işlətdiyi lombarda girov qoyduğu əmlakı mənimsəyib. D.İsmayılova lombard fəaliyyəti ilə məşqul olduğu müddətdə vətəndaşlara ümumilikdə 300 min manatdan artıq maddi ziyan vurub. Onun əməlindən 200 nəfər zərər çəkib. İstintaq dövründə D.İsmayılovanın barəsində həbs qətimkan tədbiri seçilməyib.
Загрузка...
Загрузка...

Xəbər lenti