Deputatlığa namizəd olmuş şair və yarım milyonluq dələduzluq

Deputatlığa namizəd olmuş şair və yarım milyonluq dələduzluq
Загрузка...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Əli Ağaevli və Fuad Kərimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Yerli KİV-in xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ə.Ağaevlinin müdafiəçisi iştirak etmədiyinə görə mayın 13-dək təxirə salınıb.
Xatırladaq ki, zərərçəkmiş qismində Qabil Mehdiyev çıxış edir. Hər iki təqsirləndirilən şəxs ona qarşı 500 min manata yaxın dələduzluq etməkdə ittiham olunur. Qeyd edək ki, "Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnistitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisi sədrinin birinci müavini, sülh səfiri olmuş Ə.Ağaevli 2010-cu və 2015-ci illərdə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürüb.
O, həmçinin 2013-cü ildə prezidentliyə namizədliyini irəli sürüb, lakin sonradan Mərkəzi Seçki Komissiyasında ərizəsini geri götürüb. Məlumata görə, Ə.Ağaevli Əli Hacı imzası ilə sufi şairdir. Təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməyib.
Загрузка...
Загрузка...

Xəbər lenti