Deputatın ''Socar''da yüksək vəzifədəki qohumu cinayətdə suçlanır - FOTO

Deputatın ''Socar''da yüksək vəzifədəki qohumu cinayətdə suçlanır - FOTO
Загрузка...
Nərimanov Rayon Məhkəməsində Dövlət Neft Şirkətinin Nəqliyyat Departamentində məsul vəzifə tutan, 1979-cu ildə anadan olmuş Məhərrəmli Aqil Oruc oğlunun məhkəməsi başlayıb. Criminal.az saytı xəbər verir ki, Aqil Məhərrəmli 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda) maddəsi ilə ittiham olunur.
Aqil Məhərrəmli ARDNŞ-də məsul vəzifə tutmaqla yanaşı dərmanların qanunsuz dövriyyəsiylə də məşğul olub. Deputat qohumuna arxayın olan A.Məhərrəmli bu işlə çoxdan məşğul olsada yalnız ötən ilin sonlarında yaxalanıb.
Xatırladaq Aqil Məhərrəmli ötən ilin noyabr ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılıb. 

Aparılmış əməliyyat-axtarış tədbirləri ilə "Bioderm” Məhdud Məsuliyyətli Cəmiyyətinin ofis və anbar kimi istifadə olunan saxlanc yerləri müəyyən edilərək onlara baxış keçirilərkən, bu növ qanun pozuntularını törədən mütəşəkkil dəstəlnin əməlləri ifşa olunub. Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rzayeva İrina Vladimirovnanın təsisçisi olduğu "Bioderm” MMC-nin dərman preparatlarının qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat yoxlanılarkən cəmiyyətə faktiki rəhbərlik edən Məhərrəmli Aqil Oruc oğlunun kuryer xidmətlərindən istifadə etdiyi Əhmədov İlham İmran oğlu vasitəsi ilə dövlət qeydiyyatından keçməyən və ümumi dəyəri 2080 manat təşkil edən 13 ədəd "Zentox” dərman preparatını Nərimanov rayonu, A.Nemətulla küçəsi, 90C ünvanında Mirzəyev Emin Abbas oğluna satarkən yaxalanıb. Həmin şirkətə məxsus A.Nemətulla küçəsi, 20 saylı ünvanda yerləşən ofisə baxış keçirilərkən soyuducuda dövlət qeydiyyatından keçməyən daha 1 (ədəd) "Zentox” dərman preparatı, habelə ofisin otağında isə iş üzrə əhəmiyyət kəsb edən sənədlər aşkar olunaraq götürülüb. 
Aydın Mirzəzadə
Qeyd edilən faktlarla "Bioderm” MMC-nin faktiki direktoru Aqil Məhərrəmlinin dərman vasitələrinin külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə şübhələr üçün əsaslar yarandığından onlara Cinayət Məcəlləsinin 200-1.2.3 (qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda) maddələri ilə ittiham elan olunmuş, məhkəmənin qərarı ilə A.Məhərrəmli barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 
Xatırladaq ki, A.Məhərrəmli deputat Aydın Mirzəzadənin qardaşı qızının əridir.
Загрузка...
Загрузка...

Xəbər lenti