Загрузка...

Ceyhun Bayramov vergilər nazirinin müavini gedir

Ceyhun Bayramov vergilər nazirinin müavini gedir
Загрузка...

Hazırda təhsil nazirinin müavini olan Ceyhun Bayramov yaxın vaxtlarda vergilər naziri müavini postuna gedəcək.

Bu barədə AzEuroNews.com–a verilən məlumata görə, vergilər naziri Mikayıl Cabbarov keçmiş müavinini və yaxın silahdaşını yanına aparır.

C.Bayramov vergi sahəsində yeni kadr deyil. O, yenidən öz sektoruna qayıdır. Nazir müavini 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

M.Cabbarovla C.Bayramovun yaxınlığı “Çto, qde, koqda” yarışmasından yaranıb.

Qeyd edək ki, onun qardaşı Azər Bayramov isə maliyyə nazirinin müavini vəzifəsində çalışır.

Mətbuatda “Gədəbəy klanı” adı ilə tanınan bu qruplaşma son illərdə karyera yüksəlişi dövrünü yaşamaqdadırlar.

2000-2002-ci illərdə “Salans Hertzfeld Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ”  hüquq şirkətinin direktoru olub.

2004-2012-ci illərdə dünyanın tanınmış hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma, mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib.

2013-cü il mayın 30-dan avqustun 12-dək Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb. 12 avqust 2013-cü il tarixli sərəncamla təhsil nazirinin müavini təyin olunub.

Загрузка...
Загрузка...

Xəbər lenti