Cəriməni ödəməyən piyadalara qarşı yeni cəza (VİDEO)

Cəriməni ödəməyən piyadalara qarşı yeni cəza (VİDEO)
Загрузка...
Cəriməsini ödəməkdən imtina edən piyadalara qarşı tədbirlər gücləndirilib.
Bundan sonra yol hərəkəti qaydalarını pozduqları üçün cərimələnən piyadalar cərimələrini ödəməsələr, bəzi sənədləri ala bilməyəcəklər. Piyadalara qarşı tətbiq edilən cərimələrin ödənilməsini təmin etmək üçün "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib. Yol hərəkəti üzrə ekspet Ərşad Hüseynovun sözlərinə görə, əksər piyadalar illər keçsə də, cərimələri ödəməkdən boyun qaçırırlar. Qanuna dəyişikliklərin edilməsində əsas məqsəd də məhz ödənilməyən cərimələrin qalmamasıdır.
Bu dəyişiklik, həmçinin piyadaların üzərinə bəzi vəzifələr qoyur. Ekspertlər piyadaları nizam-intizamlı olmağa və tətbiq edilmiş cərimələri vaxtında ödəməyə çağırırlar. (Xəzər TV)
Загрузка...
Загрузка...

Xəbər lenti