Cəfər Cabbarlının qızı vəfat edib

Cəfər Cabbarlının qızı vəfat edib
Загрузка...
Azərbaycanın böyük dramaturq və şairi Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı vəfat edib. APA-nın xəbərinə görə, Gülarə Cabbarlı fevralın 12-də dünyasını dəyişib. Qeyd edək ki, 1930-cu ildə anadan olan Gülarə Cabbarlı 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi işləyib, 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor təyin olunub. Hazırda Cəfər Cabbarlının ev – muzeyinə Gülarə xanımın qızı Qəmər Bağırova rəhbərlik edir.
Загрузка...
Загрузка...

Xəbər lenti