Загрузка...

CABBAROVA GENERAL RÜTBƏSİ VERİLƏ BİLƏR – Prezidentin sərəncamları gözlənilir

CABBAROVA GENERAL RÜTBƏSİ VERİLƏ BİLƏR – Prezidentin sərəncamları gözlənilir
Загрузка...
Bu gün vergi xidməti işçilərinin peşə bayramıdır. "AzPolitika.info” xatırladır ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı iıə hər il fevralın 11-i—Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradıldığı gün vergi xidməti işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bununla bağlı prezident hər ii Vergilər Nazirliyinin əməkdaşlarının bir qismini fəxri adlarla, yeni rütbələrlə təltif edir. Ona görə də Vergilər Nazirliyində baş verən böyük dəyişiklikdən sonra ilk peşə bayramlarını qeyd edən vergi əməkdaşları kimlərin təltif ediləcəyilə bağlı Prezidentin sərəncamlarını maraqla gözləyirlər. Həm də yalnız vergi əməkdaşları deyil…
Bu dəfə kimlərin təltif olunacağı geniş ictimaiyyətin də diqqət mərkəzindədir. Ən azı ona görə ki, təltif olunanların yeni nazir Mikayıl Cabbarovun Vergilər Nazirliyində həyata keçirdiyi kadr islahatları zamanı "vurulanlar” arasında olma ehtimalı azalacaq. Əlbəttə, Vergilər Nazirliyində kimlərin yeni rütbələrlə və fəxri adlarla təltif olunacağı prezidentin sərəncamlarından sonra məlun olacaq.
"AzPolitika.info”nun əldə etdiyi məlumata görə, yeni vergilər naziri Mikayıl Cabbarov da yeni rütbə ilə təltif edilənlər arasında olacaq. Məlum olduğu kimi, Mikayıl Cabbarov nazir təyin olunsa da, ona rütbə verilməmişdi. Halbuki, sabiq vergilər naziri Fazil Məmmədov I dərəcəli dövlət vergi xidməti müşaviri idi ki, bu da general-polkovnik sayılır. Hazırda Vergilər Nazirliyində rəhbər vəzifələrdə çalışanların əksəriyyəti general rütbəsi daşıyır. Buna görə də, Mikayıl Cabbarova da general rütbəsi verilməsi gözlənilir.
Qeyd edək ki, I dərəcəli dövlət vergi xidməti müşaviri general-polkovnik, II dərəcəli dövlət vergi xidməti müşaviri general-leytenant, III dərəcəli dövlət vergi xidməti müşaviri general-mayor sayılır. Mikayıl Cabbarova veriləcək dövlət vergi xidməti müşaviri dərəcəsi onun rütbəsini də müəyyən edəcək.
Загрузка...
Загрузка...

Xəbər lenti