Загрузка...

''Bu yaxında bir kişinin qulağını dibindən kəsmişdilər, 5-6 gün sonra qulağı tapıb gətirdilər''

''Bu yaxında bir kişinin qulağını dibindən kəsmişdilər, 5-6 gün sonra qulağı tapıb gətirdilər''
Загрузка...
''Bu yaxında bir gənc kişinin də münaqişə əsnasında qulağını dibindən kəsmişdilər. Xəstəni gətirdilər, ona qulaq düzəltdik. Əgər qulaq vaxtında gətirilsəydi, yerinə tikə bilərdik. Qış idi, qar idi, 5-6 gündən sonra həmin ərazidə qulağı tapıb gətirdilər. Amma qulaq artıq nerkozlaşmış, qaralmışdı. O xəstəyə qabırğasından istifadə etməklə qulaq düzəltdik''. Bu sözləri LOR, rinoplastika və üz estetik cərrahı kimi təcrübəsi olan Qəhrəman Qəhrəmanov Medicina.az-a müsahibəsində deyib.
 
Ən qəribə, çətin əməliyyatları barədə danışan həkim bildirdi ki, bu yaxında bir yeni doğulmuş körpə əməliyyat etdik: həm qulaq seyvanı yoxdur, həm də qulaq dəliyi yoxdur. İçəridə də nə varsa, qalıq şəklindədir. Qulaqdan iz də yox idi. Burda biz gicgah sümüyünü dəlirik, burda anatomiya tamam pozulub. Mən bilmirəm qarşıma nə çıxacaq. Hər cərrah qulaq əməliyyatı edə bilməz. Çünki üz siniri ordan keçir, arxasında sinus var, zədələnə bilər, bir az dərində daxili yuxu arteriyası, bir az da içəridə beyinə daxil ola bilərsən.
 
Bunları biz mikroskop altında zərrə-zərrə anatomik qanunauyğunluğu qoruya-qoruya gedirik. Təzədən ora təbil pərdəsi düzəldirik, xarici qulağa keçid açırıq, kənardan dəri ilə plastika edirik. Bir il əvvəl bir gənc oğlan Sumqayıtda əməliyyat olunmuşdu. Əməliyyatda səhvən kəllə çuxuruna giriblər, orda qanla zəngin olan yeri zədələyiblər, qanaxma verib. Xəstə yanımıza gələndə göz qapağı sallanmışdı, bir tərəfi işləmirdi, artıq şikəst idi. Biz endoskopik yolla qanaxmanı saxladıq, radioloqla birgə məsləhətləşib, beyin əməliyyatı etdilər, trombu təmizlədilər, çox böyük əziyyətlə demək olar ki, o gənci ölümdən qaytardıq. Sonradan gözü də düzəldi, əl-ayağı da. Əgər bugünki biliyimiz, texnikamız, imkanlarımız olmasaydı, o gənc həyatda qalmayacaqdı. Amma bu da bir həkim səhvi idi. Bir maraqlı hadisə də olub: 2 xanım dalaşmışdı, biri digərinin burnunun qanadını dişləyib qopartmışdı. Lənkərandan gətirmişdilər. Biz o burunu bərpa etdik.

Загрузка...
Загрузка...

Xəbər lenti