“BP-də təzyiqlərə məruz qalmışam, vitse-prezident məni təhqir edib”

“BP-də təzyiqlərə məruz qalmışam, vitse-prezident məni təhqir edib”
Загрузка...
Bu yaxınlarda "BP-Azərbaycan” şirkətində ixtisar aparılıb. Nəticədə orada çalışan Bakı sakini Aslan Aslanov işdən azad olub. Aslanov işdən çıxarılmasına səbəb kimi haqsızlıqlara göz yummamasını göstərir. Onun fikrincə, qərəzli və məqsədli şəkildə ixtisara salınıb. Bu barədə minval.info-ya Aslan Aslanovun özü məlumat verib.
O, 5 gün öncə işdən çıxarıldığını deyir. 2009- cu ildən şirkətdə müxtəlif işlərdə çalışdığını bildirən Aslan bəy 2016-cı ildən bu günə kimi isə sualtı boru kəmərlərinin bütovlüyünün təmini üzrə mühəndis vəzifəsində çalışdığını söyləyir.
"Son illər ərzində şirkət daxilində "BP-Azərbaycan” şirkətinin Azərbaycan Dövləti qarşısında Azəri-Çıraq- Günəşli ( AÇG) Neft Layihəsinin və Şah Dəniz Təbii Qaz Layihəsinin Hasilatın Pay Bölgüsü Hüquqi razılaşmaları çərçivəsində götürdüyü Kadrların Milliləşdirilməsi Planı yəni, texniki işçilərin, o cümlədən mühəndis və rəhbər vəzifələri tutan əcnəbi BP işçilərin milli kadrlarla əvəzlənməsi planı yə "BP – Azərbaycan” Şirkətinin "Sualtı Neft- Qaz Əməliyyatları İdarəsi”ndə yerinə yetirilməyib. Əksinə, isə ildən-ilə bu vəzifələrdə əcnəbi mütəxəssislər işə alınıb” – saytımıza müraciət edən şikayətçi deyir.
Bundan başqa, A.Aslanov qeyd edib ki, işçi olaraq dəfələrlə Əmək Məcəlləsinin tələblərinin "BP – Azərbaycan” şirkətinin həm kadrlar İdarəsinin işçiləri, həm də rəhbər vəzifə tutan şəxsləri tərəfindən pozulmasını və işçilərlə işəgötürən arasında imzalanan əmək müqavilələrinin hamısının Azərbaycanın Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərinin kobud şəkildə pozulması ilə sənədləşdiriləməsini müəyyən edib: "Qanun pozuntuları ilə bağlı BP-nin İcraçı Direktoru Robert Dadli və BP-nin Apstrim üzrə Vitse-Prezidenti Bernard Loniyə də müraciət etmişəm. Buna görə 2015-ci il tarixdən başlayaraq, rəhbər vəzifə tutan əcnəbi menecer – Nil Kitney (İngiltərə Vətəndaşı), o cümlədən İnsan Resursları İdarəsinin Məsləhətçi vəzifələrini daşıyan işçilərinin təzyiqlərinə məruz qalmışam. Bu təzyiqlər nəticəsinə dərin psixioloji sarsıntı keçirərək, BP-nin Tibbi Sığorta Planı xətti ilə dəfələrlə həkimlərin müayinəsindən keçmişəm və mənə Obsessiv- Kompulsiv Pozuntu diaqnozu qoyulub”.
Aslanov deyir ki, şikayətləri qeyri-obyektiv araşdırılıb. O, nəticələr elan olunduğu zaman rəsmi şirkətdaxili görüş zamanı bununla razılaşmayıb: "Bu səbəbdən BP-nin Dəniz Əməliyyatları üzrə Vitse-Prezidenti Elxan Mamedov məni BP-nin Hüquq İdarəsini və İnsan Resursları idarəsinin işçilərinin gözü qarşısında təhqir edib. Buna görə də, "BP – Azərbaycan” şirkətini qeyd etdiyim qanun pozuntuları və şikətdaxili digər qeyri-qanuni və qeyri-etik əməllərlə bağlı Nəsimi Rayon Məhkəməsinə şikayət etmişəm”. Şikayətinçinin sözlərinə görə, bu dövr ərzində şirkətin prezidentinə də şirkət daxilində işçilərin hüquqlarının pozulması ilə bağlı dəfələrlə müraciət edib: "Nəticədə əsəb pozğunluğu keçirmişəm. Ona görə də bir iddia ərizəmdə əmək hüquqlarımın pozulmasına görə şirkətdən 252 min 858 dollar, səhhətimə vurulan ziyana görə isə 10 milyon dollar tələb edirəm”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Загрузка...
Загрузка...

Xəbər lenti