Biznesmen oğlunu işini aparan müstəntiq işdən çıxarıldı

Biznesmen oğlunu işini aparan müstəntiq işdən çıxarıldı
Загрузка...
Şəhid qızını maşınla vurub öldürməkdə təqsirləndirilən iş adamının 17 yaşlı oğlu Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, cinayət işinə aparan müstəntiq Vüqar Abbasov işdən çıxarılaraq sərəncama götürülüb. Belə ki, Vüqar Abbasovun rəhbərliyi ilə aparılan istintaq zamanı qəzanı törədən şəxsin Rəhim Rəhimov yox onların ailə sürücüləri olan Əmrulla Şahbazov olduğu göstərilmişdi.
Qeyd edək ki, Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi ötən il noyabrın 8-də Səbail rayonunda baş vermiş qəza ilə bağlı yaydığı məlumata əsasən, Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Belə ki, noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi "Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə cinayət işi başlanıb. R.Rəhimov noyabrın 29-da şübhəli şəxs qismində tutulub. Xatırladaq ki, qəzanı tərədən 17 yaşlı R.Rəhimov iş adamı, "Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur.
A.Rəhimov isə "Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır. Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.
Загрузка...
Загрузка...

Xəbər lenti