Birini Sabirabadda, digərini Saatlıda öldürdü Birini Sabirabadda, digərini Saatlıda öldürdü

Birini Sabirabadda, digərini Saatlıda öldürdü
Загрузка...
Sabirabad sakini iki qonşusunu qətlə yetirib. DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) və rayon prokurorluğunun əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün rayon sakinləri Teymur Sadıqovu və Kamran Yaqubovu qətlə yetirməkdə şübhəli bilinən rayon sakini, 42 yaşlı Firqət Əliyev saxlanılıb.
F.Əliyev Sabirabad rayon ərazisində Teymur Sadıqovu bıçaqla qətlə yetirib, sonra Saatlı rayonuna gedərək K.Yaqubovu da qətlə yetirib. O, hadisə yerindən uzaqlaşarkən keçirilən istintaq-axtarış tədbirləri ilə saxlanılaraq Sabirabad RPŞ-yə gətirilib.
Dindirilmə zamanı F.Əliyev törətdiyi cinayətləri etiraf edib. Qətlləri törədərkən istifadə etdiyi bıçaq ondan maddi sübut kimi götürülüb. Faktla bağlı Sabirabad və Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.
"Report"un Aran bürosu xəbər verir ki, Sabirabad və Saatlı rayonlarında iki nəfərin qətlə yetirilməsinin səbəbi açıqlanıb. Qətlə səbəb Teymur Sadıqov və Kamran Yaqubovun Firqət Əliyevi söyməsi olub. 
Загрузка...
Загрузка...

Xəbər lenti