Beyləqanda qadını öldürən şəxs ötən il daha bir nəfəri qətlə yetiribmiş...

Beyləqanda qadını öldürən şəxs ötən il daha bir nəfəri qətlə yetiribmiş...
Загрузка...
Beyləqanda qadını öldürdüyünə görə həbs olunmuş şəxsin ötən il daha bir qətl törətdiyi məlum olub.
Criminal.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə aprelin 3-də Beyləqan şəhərində şəhər sakini Ramilə Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilindiyinə görə tutulmuş şəhər sakini Rövşən Nəsirovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun törətdiyi digər ağır cinayətin də üstü açılıb.
Belə ki, istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Nəsirovun ötən il oktyabr ayının 19-da şəhər sakini Kənan Məhərrəmovu Beyləqan şəhərindəki yaşadığı evə apararaq bıçaqla qətlə yetirdiyi, sonra isə təmiri başa çatmamış otaqda torpağa basdırması müəyyən edilib. K.Məhərrəmovun meyiti eksqumasiya edilib. İstintaq-əməliyyat tədbirləti davam etdirilir.
Onu da qeyd edək ki, keçən il K.Məhərrəmovun yaxınları onun itkin düşməsi barədə polisə məlumat veriblər. Yaxınları bildiriblər ki, Kənan Məhərrəmov ruhi xəstə olsa da, özünü idarə edə bilir.
Загрузка...
Загрузка...

Xəbər lenti