Bayılda sürüşmə nəticəsində ev uçub

Bayılda sürüşmə nəticəsində ev uçub
Загрузка...
Bakıda Bayıl qəsəbəsindəki (Buxta küçəsi, 9) 16 mərtəbəli binanın yaxınlığında ekzogen proses müşahidə olunmaqdadır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
Ə.Qaralov deyir ki, proses son günlərdə sürətlənib və burada yaşayan əhaliyə təhlükə yaranıb: "Bu prosesin nəticəsi olaraq, 3 ev uçub, 22 evin sakinləri isə həmin ərazidən köçürülüb".
Torpaqda çatların əmələ gəlməsinin aktivləşməsinin dəqiq səbəblərini müəyyən etmək mümkün deyil. Onlar müxtəlif ola bilər. Xatırladaq ki, Bayıl yamacı adətən sürüşmə zonası hesab olunur və vaxtaşırı burada torpaq kütləsinin hərəkəti aktivləşir ki, bu da böyük sayda əhalinin köçürülməsinə səbəb olur.
Загрузка...
Загрузка...

Xəbər lenti