''Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb 5 gün orada saxlanıldım'' - VİDEO ''Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb 5 gün orada saxlanıldım'' - VİDEO

''Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb 5 gün orada saxlanıldım'' - VİDEO
Загрузка...
Vətəndaş fəalı Fatimə Mövlanlı aprelin 14-də gecə Facebook-da bəyanatla çıxış edərək bildirib ki, martın 31-də oğurlanaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparılıb və 5 gün orada saxlanılıb. O qeyd edib ki, müəyyən səbəblərdən bu barədə öncə danışa bilməyib. 
F.Mövlanlı deyib ki, "Diktatoru tanıyın!" aksiyasında iştiraka görə saxlanılıb. BMCMİ-də saxlanıldığı müddətdə ondan bəzi şəxslərin əleyhinə ifadə verməsini tələb ediblər, ancaq o, bunu etməyib. O, müdafiə olunmasına və azadlığa çıxmasına imkan verən ictimai dəstəyə görə təşəkkürünü bildirib.
F.Mövlanlı bildirib ki, həbs təhlükəsinə baxmayaraq, öz mübarizəsini davam etdirəcək. (Amerikanın səsi)

Загрузка...
Загрузка...

Xəbər lenti