Bardan çıxan varlı balaları ilə polis arasında dava düşdü

Bardan çıxan varlı balaları ilə polis arasında dava düşdü
Загрузка...
Ucar rayonunda bardan çıxan sərxoş gənclər polis əməkdaşlarını döyüb. Criminal.az saytına daxil olan məlumatda iddia olunur ki, iki gənc Əhməd Vahid oğlu Xancanov, Laçın Əliisa oğlu Əhmədov rayon ərazisində yerləşən ''Citiclub'' barından sərxoş vəziyətdə çıxaraq səs-küy salıblar.
Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları Əli izzətəli oğlu Əlizadə və Mürvət Rəhiməli oğlu Əliyev onlara yaxınlaşaraq sakitləşmələrini tələb ediblər. Sərxoş gənclərə polisin göstərişi xoş gəlməyib və onlar polisləri vurublar.
İşi araşdıran Ucar rayon Polis Şöbəsinin müstəntiqi Nadir Qədirov Criminal.az saytına açıqlama vermədi. Bildirdi ki, bütün sualları Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə ünvanlayın. 
Onu da əlavə edək ki, polislərələ dava edən şəxslər rayonda zəngin ailənin uşaqları kimi tanınır.

Загрузка...
Загрузка...

Xəbər lenti