Bakıdakı özəl klinikanın həkimi xəstənin sağ gözünü kor qoymaq istədi - İDDİA

Bakıdakı özəl klinikanın həkimi xəstənin sağ gözünü kor qoymaq istədi - İDDİA
Загрузка...

Güvən Klinikasında ovtalmoloq Fəxriyyə Yusifzadənin vətəndaşa dərman yazarkən ciddi səhvə yol verdiyi iddia olunur. 

Təzəxan Muradov A24.Az-a müraciətində bildirib ki, sol  gözündə katarakta (mirvari suyu)  ilə bağlı Güvən Klinikasına müraciət edib.

Həkim dərmanı sol gözünə yazmaqdan sağa müalicə təyin edib.

“Gözümdə müayinə aparıb resept yazdı. Bildirdi ki, bu dərmanı tök 3 gün sonra gözünü əməliyyat edəcəyik. Aptekdən dərmanı alandan sonra evdə baxdım ki, dərmanı sola yazmaqdan saga yazıb. Təkrar klinikaya getdim, həkimə bildirdim ki, səhvə yol verib. Mənə dedi ki, mexaniki səhv olub”- deyə şikayətçi bildirib.

Загрузка...
Загрузка...

Xəbər lenti