Загрузка...

Bakıda üstündən qatar keçən qadın sağ qaldı

Bakıda üstündən qatar keçən qadın sağ qaldı
Загрузка...
Bakı Metropoliteninin "İnşatçılar”stansiyasında 40-45 yaşlarında olan qadın qatarın altında qalıb. Lent.az-a bu barədə hadisə şahidləri məlumat verib.
Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə Lent.az-a faktı təsdiqləyib: ""Həzi Aslanov"dan "Dərnəgül"ə gələn qatar "İnşaatçılar" stansiyasına çatan zaman qadının epilepsiyası tutub və relsin üstünə düşüb. Qatar isə onun üstündən keçib. Xoşbəxtlikdən qadın relslərin arasında qalıb.. Heç bir xəsarət almayıb. Stansiyaya təcili tibbi yardım briqadası dəvət olunub və qadına müdaxilə edilib”.
Məlumata görə, 1976-cı il təvəllüdlü Məmmədova Sevinc Rafiq qızı 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. İnsidentlə əlaqədar qatarın hərəkətində 5 dəqiqə gecikmə olub. Hazırda qatarlar normal iş rejimində hərəkət edir.
Загрузка...
Загрузка...

Xəbər lenti